Metropolitenin maşın və mexanizm bazası yenidən qurulub – FOTO

“Bakı Metropoliteni” QSC-nin maşın və mexanizm bazası əsaslı şəkildə yenidən qurulub.

Etikxeber.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Metropoliten təsis olunduqdan sonra həm istismar, həm də tikinti sahələrinin bir-birindən fərqlənən nəqliyyat, maşın-mexanizm və xüsusi texniki vasitələrdən səmərəli istifadə edilməsi məqsədilə müvafiq tədbirlər planı həyata keçirilib. Bu addımların nəticəsi kimi nəqliyyat və xüsusi texnika departamentində birləşən müvafiq sahələrin material-texniki bazası əsaslı şəkildə yenilənib və ondan operativ, daha keyfiyyətlə istifadə edilməsinə nail olunub.

Metro inşaatında mühüm istiqamət tunel inşaatının yüksək standartlara uyğun qurulmasıdır. 2011-ci ildə istismara verilmiş S-599 saylı müasir tunelqazma kompleksi qrunt əsaslı olduğundan, səmərə və qənaəti, keyfiyyəti və sürəti yüksəltmək məqsədilə daha bir qurğu – hidroyüklü tunelqazma kompleksi alınıb. 6,20 metr diametrli S-835 saylı qurğu hazırda Yaşıl xəttin “Y-15” (şərti ad) stansiyasında quraşdırılır. Bu komplekslərə qulluq edilməsi artıq xüsusi hazırlıq keçmiş səriştəli yerli mütəxəssislərin sayəsində aparılır. 2016-cı il yanvarın 17-də “B-4” (şərti ad) stansiyasında işini başa vuran S-599 saylı kompleks hazırda təmir edilir və növbəti tikinti sahəsinə daşınmaq üçün hazırlanır.

Əvvəllər mürəkkəb işləri yerinə yetirmək üçün maşın və mexanizmlər sifarişlə kənardan gətirilirdi. “Bakı Metropoliteni” QSC-nin əldə etdiyi nəqliyyat və xüsusi texnika vasitələri sahəni yeniləşdirməklə, həm də artıq məsrəfin qarşısını alıb, tikintinin, əsaslı təmir və yenidənqurma işlərinin sürətini artırmağa, onu daha keyfiyyətlə yerinə yetirməyə, yeni iş yerləri açmağa şərait yaradıb.

Etikxeber.az

Read Previous

Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırıldı – FOTO

Read Next

Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşü olub – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir