Millət vəkili daha iki Qazini xəstəxanada-ZİYARƏT ETDİ VƏ… – FOTOLAR

Millət vəkili Jalə Əliyeva İkinci Vətən Müharibəsi Qazisi Hacı Orucovu müalicə olunduğu Respublika Travmatologiya və Ortopediya İnstitutunda ziyarət edib, onun vəziyyəti və ehtiyacları ilə maraqlanıb.

Etikxeber.az xəbər verir ki, İnstitutun direktoru Əlviz Qasımov, elmi işlər üzrə direktor müavini Fərhad Verdiyev, ictimaiyyətlə əlaqələr rəhbəri Günay Quluzadə millət vəkilinə xəstənin diaqnozu və aparılan müalicə haqqında təfsilatlı məlumat veriblər.

Eyni zamanda, xəstənin hazırki vəziyyətinin qənaətbəxş olduğunu, aldığı fizioterapevtik prosedurların müsbət təsir göstərdiyini, müalicələrdən sonra əlil əsasına ehtiyacı qalmayacağını millət vəkilinin diqqətinə çatdırıblar.

Jalə Əliyeva Hacı Orucovla eyni palatada müalicə alan Qazi Əmiyev Fərid Ənvər oğluna da baş çəkib, onun xəstəliyi və müalicəsi ilə maraqlanıb.

Hər iki Qazimiz onlara göstərilən diqqət və qayğıya görə başda dövlət başçısı cənab İlham Əliyev olmaqla, əlaqədar hər kəsə minnətdarlıqlarını bildiriblər.

Deputat Jalə Əliyeva İnstitutun rəhbərliyinə və bütün tibbi personala müalucə alan xəstələrə göstərdikləri yüksək xudmətə və yaradılan şəraitə görə təşəkkür edib, onlara şərəfli peşələrində daim uğur, qəhrəman qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.

Etikxeber.az

Read Previous

“Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat-MƏRHƏLƏSİNDƏ VƏ RƏQİBİ MƏLUM OLDU – YENİLƏNİB

Read Next

Hər kəs dərs çıxarmalıdır-MİLLƏT VƏKİLİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir