İkinci Vətən Müharibəsi Şəhidi-ÜLVİ HƏSƏNOVUN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: 20 YAŞININ TAMAMINDA ÖZÜNÜN VƏ DAYISINI ADINI DAŞIYAN “ŞƏHİDLƏR BULAĞI”NIN AÇILIŞI OLDU, MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ülvi Natiq oğlu Həsənovun Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün səhər saatlarında Mingəçevir şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, hərbçilər, Qazilər, din xadimləri, Mingəçevirdən olan Şəhid ailələri və başqa şəxslər iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Bir saata yaxın davam edən ziyarətdən sonra Şəhidin (ailəsinin) yaşadığı evdə (Mingəçevir kəndində) Cənntədəki ikinci ad günü ilə bağlı mərasim başlayıb.

Mərasimdən öncə isə Şəhidin və Birinci Qarabağ Savaşı Şəhidi (dayısı) Namaz Yunusoğlunun (Yunusovun) adını daşıyan “Şəhidlər bulağı”nın açılışı olub.

***

Qeyd edək ki, Ülvi Həsənov 2001-ci ilin 31 dekabr tarixində Mingəçevir şəhərində sadə bir ailədə anadan olub.

İkinci Vətən Müharibəsində Əsgər kimi iştirak edib və müharibənin başa çatmasına bir gün qalmış, noyabrın 9-da, cəmi 19 yaşında qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Ailədə 4 uşaq-2 qardaş, 2 bacı olublar.

Ülvi həm də subay olub.

Məqamı Uca, məkanı cənnətlik, doğum günü-Cənnətdəki ikinci ad günü olsun!

Nur içində yatsın!

Allah ailəsinə səbr versin!

11:00

***

Şəhidin və dayısının adını daşyan “Şəhidlər bulağı”nın açılış mərasimi bir saata yaxın davam edib.

Mərasimdə Şəhidin ailə üzvləri, Mingəçevir, Bərdə, Lənkəran və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Açılış mərasimində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, çıxışlar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Sonra “Şəhidlər bulağı”nın üzərindən ağ örpək görtürülüb, açılış edilib.

“Şəhidlər bulağı”nın açılışından sonra Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb və 3 saata yaxın davam edib.

15:10

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…

“ŞƏHİDLƏR BULAĞI”NIN AÇILIŞI…DƏRD VƏ QÜRUR ORTAQLARI…

18:10

***

VƏ CƏNNƏTDƏKİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İrəvan Müəllimlər Seminariyasının 140 illiyi-QEYD OLUNACAQ

Read Next

DTX-nın Mədəniyyət Mərkəzində-ŞƏHİD AİLƏLƏRİ İLƏ BAĞLI GENİŞ TƏDBİR DÜZƏNLƏNDİ, 200-Ə YAXIN ŞƏHİD ANASI BİR ARAYA GƏTİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir