Mingəçevirli Şəhid-3 övlad atası, MAXE – SƏBUHİ MƏMMƏDOVUN DOĞUM GÜNÜDÜR – 39 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM KEÇİRİLDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səbuhi Şakir oğlu Məmmədovun doğum günüdür.

Onun 39 yaşı tamam olur.

Etikxeber.az xəbər verir ki, Səbuhi Məmmədov 1982-ci ilin oktyabrın 21-də anadan olub.

9 ilin hərbçisi, 3 övlad atası Səbuhi Məmmədov həm Aprel döyüşlərinin, həm də İkinci Vətən Müharibəsinin iştirakçısı olub.

Və İkinci Vətən Müharibəsi zamanı Suqovuşan-Ağdərə istiqamətində ağır döyüşlər zamanı, sentyabrın 30-da qəhrəmancasına həlak olub, Şəhidlik zirvəısinə ucalıb.

Nəşi bir gün sonra, oktyabrın 1-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra iki medalla – “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin anası da oğul dərdinə dözə bilməyib, övladının qırxından az sonra dünyasını dəyişib.

Səbuhi Məmmədovun 3 övladı-iki oğlu və bir qızı – Aytac, Ədilşah və Ömər Vətənə əmanət qalıb.

***

Doğum günü, mövludu ilə bağlı bu gün saat 17:00 radələrində Səbuhi Məmmədovun Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Təxminən bir saat davam edəcək ziyarətdən sonra Şəhid ailəsinin yaşadığı evdə mərasim keçiriləcək, adına ehsan veriləcək.

Ziyarət və mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Mingəçevirdən olan Şəhid ailələri iştirak edəcəklər.

Cənnətdəki doğum günü mübarək olsun!

Nur içində yatsın, Allah ailəsinə səbr versin!

00:00

***

Bu gün saat 16:30-da Şəhid Səbuhi Məmmədovun məzarının ziyarəti başlayıb.

Ziyarət 1 saatdan çox çəkib.

Ziyarətdə Şəhidin ailə üzvləri-həyat yoldaşı, 3 övladı, Mingəçevir, BərdəGoranboydan olan Şəhid ailələri, Şəhid anaları, Səbuhi Məmmədovun hərbçi yoldaşları və digər şəxslər iştirak ediblər.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, hərbçi yoldaşları tərəfindən çıxışlar olunub.

Çıxışlar zamanı Şəhidin şərəfli həyat və döyüş yolundan bəhs olunub.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə mərasim keçirilib.

Mərasim zamanı Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib, “Nur” Dəstək Qrupunun üzvlərinin ifasında kompozisiya təqdim olunub, şeirlər səsləndirilib.

Həmçinin, Şəhidin adına ehsan verilib.

17:45

***

FOTOLAR:

ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ, DƏRD VƏ QÜRUR ORTAQLARI…

HƏRBÇİ YOLDAŞLARI…

YOLUNU, SAHİBİNİ GÖZLƏYƏN OCAĞI…

18:16

***

TƏK ÖVLADINI ŞƏHİD VERMİŞ, TƏK-TƏNHA YAŞAYAN ÜMMÜ ANA…

HƏR İKİ ÖVLADIN ŞƏHİD VERMİŞ-ŞƏHİDLƏR ANASI NƏHAYƏT ANA…

18:41

***

BƏRDƏLİ ŞƏHİD ANALARI VƏ ŞƏHİD ATASI…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Oktyabrın 31-də Anım Günü olacaq evin-ailənin tək oğlu-Şəhid Cəfər Elyasovun – HƏRBİ BİLETİ NİYƏ AİLƏSİNƏ TƏHVİL VERİLMİR, QAZİ ATASININ PENSİYASI NİYƏ TAM ÖDƏNİLMİR?

Read Next

Ağbəndin işğaldan azad edilməsindən-1 İL ÖTÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir