Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şahmar Seyidovun-CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: 25 YAŞI TAMAM OLDU… – FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin iki oğlan övladından biri, MAXE Şahmar Fikrət oğlu Seyidovun yubiley doğum günüdür.

Şahmar Seyidovun bu gün 25 yaşı tamam olur və bu, onun Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, əslən Zərdablı olan Şahmar Seyidov 1997-ci ilin fevral ayının 21-də Mingəçevir şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.

Ailədə iki övlad, iki qardaş olublar.

Bir neçə il öncə atalarını itiriblər.

İkinci Vətən Müharibəsi zamanı MAXE kimi döyüşlərdə iştirak edib.

Və oktyabr ayında qanlı döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif edilib.

O, həm də nişanlı olub.

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mingəçevir Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin anası Əsməgül xanım, tək qardaşı Şahmar Seyidov, yaxınları, Mingəçevirdən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər və başqa şəxslər iştirak edəcəklər.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Təxminən 1 saat davam edən ziyarətdən sonra Mingəçevirdəki “Samux” şadlıq sarayında Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim keçiriləcək, adına ehsan veriləcək.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, Vətənə, Şəhidlərə aid şeir və mahnılar ifa ediləcək.

Eyni zamanda, mərasimdə çıxışlar olunacaq, bir daha Şəhidlərin ruhlarına dualar oxunacaq.

Mərasim iki saatdan çox davam edəcək.

Mövludu, Cənnətdəki ikinci ad günü, 25 yaşı mübarək olsun!

Nur içində yatsın!

00:00

***

Hazırda, təxminən bir saatdır ki, Mingəçevirdə, Şəhidimiz Şahmargildəyəm…

Məzarının ziyarətinə və Cənnətdəki ikinci ad günü ilə bağlı mərasimə dəqiqələr, iki saatdan da az vaxt qalır…

Dərdli və Qürurlu anasına-Əsməgül xanıma, qardaş həsrəti ilə alışıb-yanan tək qardaşına-İlkin bəyə və digər yaxınlarına bir daha başsağlığı verir, bir daha onlara Allahdan səbr diləyir, bir daha onlara “Şəhidimizin məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü, 25 yaşı mübarək olsun! Ruhu qarşısında baş əyirəm!”-deyirəm…

İki ildir ki, doğum günü Onsuz qeyd olunur, Onsuz keçirilir…

Nə qədər ağrılı-acılı olsa da…

Amma cismən ailəsinin, sevdiklərinin yanında, onların arasında olmasa da, mənən, ruhən onlarladır, yenə də ailəsinin, əzizlərinin yanındadır…

Hər daim ruhu əzizlərinin, ailəsinin başı üzərində dolaşır və onları qoruyur…

Onların yoluna İşıq, Nur saçır…

Bu gün də ruhu evində, məzarında, Cənnətdəki ikinci ad gününün keçirildiyi şadlıq sarayında dolaşır və sevinir…

Buna tam əminəm, adım kimi əminəm…

Ruhun şad olsun, Şahmar Seyidov, Nur üzlü Şəhidimiz!

09:50

***

Saat 11:00-dan Şəhidin məzarının ziyarəti başlayıb…

Ziyarətdə Şəhidin ailəsi, yaxınları, Mingəçevir, Goranboy, Ağdaş və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri və başqa şəxslər iştirak ediblər…

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ağılar deyilib, ruhuna dualar oxunub…

Bir saatdan çox çəkən ziyarətdən sonra “Samux” şadlıq sarayında Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb…

Mərasimdə Şəhidlərin xatirəsi bir dəiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, çıxışlar edilib…

Həmçinin, dini mahnılar, İlahilər, Vətənə, Şəhidlərə aid şeirlər ifa olunub…

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…VƏ YA ANA, ANALAR YANAR AĞLAR…HƏM DƏ DƏRD VƏ QÜRUR ORTAQLARI…

12:39

***

VƏ CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM…

12:55

***

ŞƏHİD AİLƏLƏRİ…DƏRDLİ, KƏDƏRLİ, HƏM DƏ MƏĞRUR, QÜRURLU, DİK DURUŞLU AİLƏLƏR…QAZİLƏR…İGİDLƏR…VƏTƏN SEVDALILARI…

14:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yoluxmada azalma-1038 nəfər – DAHA ÖLÜM…

Read Next

Ailənin 4 övladından biri, MAXE, 3 medallı-ŞƏHİD RÖVŞƏN MEHDİYEVİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir