Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yaxın zamanlarda media, telekanal təmsilçiləri ilə geniş müzakirələrin aparılmasını nəzərdə tuturuq.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin iclasında adıçəkilən komitənin sədri Qənirə Paşayeva deyib.

Qeyd edib ki, bu müzakirələr Mədəniyyət komitəsi və Mədəniyyət Nazirliyi ilə birlikdə reallaşdırılacaq.
***
“Hesab edirəm ki, belə bir müzakirəyə ehtiyac var”-deyə, komitə sədri əlavə edib.
Q. Paşayeva eyni zamanda bildirib ki, Mədəniyyət komitəsi tərəfindən tarix və mədəniyyət abidələrinin qorunması, gənc rəssamların üzləşdiyi problemlərlə bağlı dinləmələr keçiriləcək.
Onun bildirdiyinə görə, bu dinləmələr vasitəsilə bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi həyata keçiriləcək.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az