MM Mərkəzi Bankın İdarə Heyətinin yeni iki üzvünün təyin edilməsinə-RAZILIQ VERDİ

Milli Məclisin (MM) yaz sessiyasının bugünkü-sonuncu iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında” Milli Məclisin qərarının layihəsi müzakirə olunub.

Etikxeber.az xəbər verir ki, məsələ barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Qeyd edib ki, Mərkəzi Bankın İdarə Heyəti 7 nəfərdən ibarətdir.

Onun sözlərinə görə, Mərkəzin Bankın İdarə Heyətinin üzvləri qanunvericiliklə heç bir partiyanın üzvü ola bilməzlər.

Komitə sədri sonra Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi təklif olunan şəxslərlə bağlı məlumat verib.

T. Mirkişili bildirib ki, İdarə Heyətinin 4 əsas üzvündən 3-nün səlahiyyəti mart ayında başa çatıb:

“Bu səhər komitə iclasında hər iki təklif olunan namizədin tələblərə uyğun olduğu görülüb. Hər iki namizəd iqtisadçıdır, hər iki namizəd bu sahədə baş verə biləcək islahatları dəstəkləmək üçün potensiala və təcrübəyə malikdir”.

Qeyd edək ki, layihəyə əsasən, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif edilib.

Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru, Əliyar Məmmədyarov isə Mərkəzi Bankın sədrinin müşaviridir.

Qərar layihəsi müzakirə açılmadan qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Döyüşlər zamanı Rusiya ordusunun 78 hərbçisi zərərsizləşdirilib”-UKRAYNANIN CƏNUB KOMANDANLIĞI RUSİYANIN SON İTKİLƏRİNİ AÇIQLADI

Read Next

MM-in yaz sessiyası başa çatdı-İYUNDA PARLAMENTİN NÖVBƏDƏNKƏNAR SESSİYASI KEÇİRİLƏCƏK – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir