Nəşi 3 ay 17 gündən sonra tapılan, bir qız atası olan-ŞƏHİD NOVRUZ HAQVERDİYEVİN BU GÜN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜDÜR, ONUN 26 YAŞI TAMAM OLUR… – YENİLƏNİB – (2) FOTOLAR

Bu gün Daşkəsənin, həm də Gəncənin İkinci Vətən Müharibəsi Şəhidlərindən Novruz Əli oğlu Haqverdiyevin Cənnətdəki doğum günüdür.

Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur və bu gün Onun 26 yaşı tamam olur.

Etikxeber.az xəbər verir ki, Novruz Haqverdiyev 1996-cı ilin martın 25-də anadan olub.

4 ilin hərbçisi (MAXE) və kəşfiyyatçısı olub.

İkinci Vətən Müharibəsinin 6-cı günündə, oktyabrın 2-də Murov istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.

Lakin nəşini uzun müddət götürmək mümkün olmayıb.

Nəşini yalnız yalnız 3 ay 17 gündən sonra əldə etmək mümkün olub və 2021-ci ilin yanvarın 19-da Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Novruz həm də ailəli, bir qız atası olub.

2018-ci ildə Rəfifə adlı qızla evlənib və bir övladı dünyaya gəlib.

Qızı İnci hazırda 3 yaşının içindədir.

11:00

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün Gəncə şəhər Şəhidlər Xiyabanında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra Gəncədəki mərasim evlərindən birində Cənnətdəki ikinci ad günü ilə bağlı mərasaim başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlərthimni səsləndirilib.

Eyni zamanda, bir daha ruhuna dualar oxunub, İlahilər, dini mahnılar səsləndirilib, çıxışlar edilib.

Çıxışlarda Novruz Haqverdiyev və cəmi Şəhidlərin İgidliyindən, Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərimizdəki xidmətlərindən bəhs olunub.

Ziyarət və mərasimdə Şəhidin ailə üzvləri, Gəncədən, Bərdədən, Bakıdan, Sumqayıtdan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Daşkəsən İcra Hakimiyyətinin məsul nümayəndələri və digər şəxslər iştirak ediblər.

Cənnətdəki ikinci ad günü, mövludu mübarək olsun!

Allah ailəsinə səbr və dözüm versin!

Nur içində yatsın!

FOTOLAR:

12:38

***

12:47

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin dəqiqləşdirilməsi prosesini davam etdirir-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

50 yeni yoluxma-3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir