“Narahat olmayın, hər şey yaxşıdır, az qalıb, düşmənin axırına çıxmışıq”-dedi və bir gün sonra Şəhidliyinə qovuşdu…ŞƏHİD SƏİD BAYRAMOVUN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU… – FOTOLAR

Səid Eldəniz oğlu Bayramov…

İkinci Vətən Müharibəsi İgidlərimizdən, Qəhrəmanlarımızdan və Şəhidlərimizdən biri…

Daha bir Vətən sevdalımız, daha bir Nur üzlümüz…

Səid 1999-cu ilin 20 noyabr tarixində Kürdəmirin Çöl Ərəb kəndində sadə, zəhmətkeş bir ailədə anadan olub…

Ailədə 3 uşaq, iki qardaş, bir bacı olublar…

O, 2006-cı ildə Cöl Ərəb kənd Şəhid Ələkbər Şəmiyev adına ota məktəbin birinci sinfinə gedib…

Hələ 8-ci sinfidə oxuyarkən Hərbi Akademiyaya hazırlaşıb, lakin həmin ail təhsil ocağına daxil ola, arzusuna çata bilməyib…

Sonra bir müddət işləyib, həm də idmanla, kikboksinqlə məşğul olub…

2018-ci ilin yanvarında hərbi xidmətə yollanıb, Qazax rayonunda xidmət edib və xidmət zamanı da fərqlənib…

2019-cu ilin iyul ayında hərbi xidmətdən təxris olunub, kəndinə, evinə, ailəsinə dönüb, bir müddət sonra işləmək üçün Bakıya gəlib, supermarketlərdən birində mühafizəçi işləyib…

2020-ci ilin İyul-Tovuz hadisələri,xüsusilə, general, Milli Qəhrəman Polad Həşimovun ölümü, Şəhidliyi ona çox təsir edib və dostlarına, tanışlarına “inşallah, səfərbərlik olsun, gedib döyüşək”-deyib…

Və dediyi, arzuladığı kimi də olub, 21 sentyabr 2020-ci ildə qardaşı Əli ilə birlikdə səfərbərliyə cəlb olunublar…

Hər iki qardaş-Səid və Əli İkinci Vətən Müharibəsi başlanan gündən də ön cəbhəyə yollanıblar...

Ancaq ayır-ayrı cəbhələrdə, istiqamətlərdə vuruşublar, döyüşüblər…

Əlinin döyüş yolu da uzun olub…

Belə ki, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətlərində vuruşub…

Oktyabrın 21-dən isə könüllü olaraq, XTQ-yə qoşulub…

Səidin ailəsi ilə son telefon əlaqəsi isə oktyabrın 31-də olub, ailə üzvlərinə “narahat olmayın, hər şey yaxşıdır, az qalıb, düşmənin axırına çıxmışıq”-deyib…

Bundan bir gün sonra, noyabrın 1-ində Şuşa istiqamətində ağır döyüşlər zamanı qəlpə yarasından dünyasını dəyişib, qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb…

Ancaq nəşi 4 gün sonra, noyabrın 5-ində Çöl Ərəb qəbiristanlığında torpağa tapşırılıb…

İgidimiz, Şəhidimiz ölümündən sonra 3 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqq etdiyini də qanı, canı hesabına qazanıb!

Səid həm də subay olub…

Bu gün, 13 iyul tarixində isə Şəhidimizin adını daşıyan “Şəhid bulağı”nın açılışı olub…

Açılışda Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, kənd sakinləri, din xadimləri iştirak və çıxış ediblər…

Eyni zamanda, Şəhidimizin məzarı ziyarət olunub, ruhuna dualar oxunub…

Nur içində yatsın, məkanı cənnətlik, məqamı Ucalardan-uca olsun!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycanda 31 nəfərdə koronavirusun “Delta” ştammı-AŞKARLANDI – RƏSMİ

Read Next

Xaçmazda-Qaraqurdluda 5 Şəhidin adını daşıyan “Şəhidlər bulağı”nın açılışı oldu-DAVUD HACIYEVİN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir