Netanyahu gəldi – YENİLƏNİB – FOTO

İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb.

Etikxeber.az  məlumat verir ki, onu həyat yoldaşı Sara Netanyahu müşayiət edir.

Səfəri zamanı B. Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüşdə regional, habelə iqtisadi, təhlükəsizlik və diplomatik məsələlər müzakirə ediləcək.

Sonra iki ölkə arasında standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşma imzalanacaq. İsrail tərəfindən sənədə ətraf mühitin mühafizəsi, Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin imza atacaq.

İsrail baş naziri Şəhidlər Xiyabanını ziyarət edəcək və memorial kompleksə əklil qoyacaq.

B. Netanyahu Azərbaycan təhsil naziri Mikayıl Cabbarovla birlikdə “Or avner” yəhudi icmasının təhsil aldığı təhsil kompleksinə baş çəkəcək və yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

Səfər bir gün davam edəcək. B. Netanyahu Bakıdan Qazaxıstana yola düşəcək.

***

Qeyd edək ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrailin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Etikxeber.az

Read Previous

“Qarabağ problemini nəvələrimizə saxlamayacağıq” – RUSİYA RƏSMİSİ

Read Next

Hava sabahdan kəskin pisləşəcək, çovğun olacaq, yollar buz bağlayacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir