Nikahın qeydiyyatına görə-RÜSUMLAR ARTIRILDI

Bu gündən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri dəyişib.

Etikxeber.az xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Dəyişikliyə əsasən, 2022-ci il yanvarın 1-dən nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılıb.

Eyni zamanda nikahın pozulmasının qeydə alınması üçün tətbiq edilən rüsumlar da artırılır. Belə ki, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında – nikahın pozulmasının qeydə alınmasına görə olan dövlət rüsumu 15 manatdan 20 manata, məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata qaldırılıb.

Etikxeber.az

Read Previous

“Qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq…Azərbaycan xalqı dünyada artıq müzəffər xalq, Azərbaycan dövlət isə müzəffər dövlət kimi tanınır…”-İlham Əliyev Azərbaycan xalqına-MÜRACİƏTİNDƏ 2022-Cİ İLİ “ŞUŞA İLİ” ELAN ETDİ – FOTO – YENİLƏNİB – (4)

Read Next

8 nəfər “COVID-19” pasportu olmadığına görə-ŞƏNLİYƏ BURAXILMADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir