“Niyə özləri bu haqda hesabat hazırlayıb dünya ictimaiyyətinin diqqətinə çatdırmır?” – MİLLƏT VƏKİLİ

ABŞ Dövlət Departamentinin (DD)  dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı açıqladığı hesabatda Azərbaycanda insan hüquqlarının kobud surətdə pozulması və işgəncə faktlarının artması ilə bağlı  deyilənlər həqiqətdən uzaq  fikirlərdir.
cingiz
“Yaxşı olardı ki, Dövlət Departamenti bir dəfə də ABŞ-da insan hüquqlarının durumu ilə bağlı hesabat hazırlasın”
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında   hüquq müdafiəçisi, Azərbaycanda  cəzaçəkmə müəssisələrində ictimai nəzarət komitəsinin koordinatoru, millət vəkili Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti hər il olduğu kimi, bu il də dünyada insan  hüquqlarının vəziyyəti ilə bağlı növbəti hesabatını  yayıb.
“Yaxşı olardı ki, Dövlət Departamenti bir dəfə də ABŞ-da insan hüquqlarının durumu ilə bağlı hesabat hazırlasın ki, ABŞ-da  insan haqları sahəsində nə baş verir. Bu ölkədə zorakılıq, günhasız insanların polis tərəfindən qətlə yetirilməsi, uşağların günahsız olaraq qətli və ya satılması, Quantanamo kimi həbsxanada  insanların  məhkəmə hökmü olmadan işgəncələrə məruz qalması  və sair bu kimi hallar mövcuddur.
Niyə, bu barədə hesabat hazırlayıb  dünya ictimaiyyətinin diqqətinə çatdırmırlar? Özlərində bu qədər insan hüquqlarının pozulduğu halda, başqa dövlətdlərdəki insan hüquqlarının vəziyyəti və insan hüquqlarının pozulması barədə hesabat yaymaq düz  deyil və ədalətlilikdən uzaqdır”- deyə, millət vəkili vurğulayıb.
Görəsən, ABŞ Dövlət Departamentinin  dünyada insan hüquqlarınının durumu ilə bağlı yayılan hesabatlarının məqsədi nədir və  hansı məqsədi daşıyır?”- deyən millət vəkili hesabatda Azərbaycanla bağlı məsələyə gəlincə isə qeyd edib ki, bu, bundan öncəki illərdə yayılan hesabatlardan  heç nəyi ilə fərqlənmir, sanki bir şablon hesabatdır:
“Hesabatda Azərbaycanla bağlı səslənən iradlar absurddur. Çünki mən üçün Cəzaçəkmə müəssisələrində ictimai nəzaəti həayata keçirən  İctimai komitənin koordinatoruyam və  mütəmadi olaraq cəzaçəkmə müəssisələrində, eyni zamanda,  müvəqqəti  saxlama  yerlərində monitoqinq həyata keçiririk. Biz  hansısa  işgəncə faktı ilə rastlaşmamaışıq.
Əgər haradasa tək belə bir hal olursa, bu qaydanı pozan insan da  müvafiq qurumlar tərəfindən ciddi cəzalandırılır və işdən xaric  edirilir. Elə biz ildə Daxili İşlər Naziriliyi  və Baş Prokurorluğun illik hesabatlarına baxdıqda, bunun şahidi oluruq. Bu hesabatlarda biz ildə hüquq-mühafizə orqanlarının neçə əməkdaşının qanun pozuntusuna yol verdiyinə görə, işdən xaric edildiyinin şahidi oluruq”.
O, əlavə edib ki,  Azərbaycanda belə qayda pozuntusun yol verənlərə cəzalandırılır və onların fəaliyyətinə hüquqi qiymət verilir:
“Odur ki, ABŞ DD-nin bu açıqlamaları həqiqətdən uzaqdır”.
Millət vəkili onu da bildirib ki, dünyada humanistliyi ilə ad çıxaran Azərbaycan Prezidenti  təşəbbüs göstərərək ildə bir neçə dəfə əfv  sərəncamı imzalayır və bu  sərəncamlarla  yüzlərlə məhkum  azadlığa çıxır.
“Yaxşı olar ki, ABŞ Dövlət Departamenti  bir araşdırsın, görsün dünyanın hansı ölkəsində belə bir pratktika mövcuddur. Ölkə başçısı öz konstitusion hüququndan istifadə edərək, ildə bir neçə dəfə belə təşəbbüslə çıxış edir. Minlərlə ailəyə sevinc bəxş edir. Hələ demirəm ki, daha genişəhatəli amnistiya aktları qəbul olunur və bunun nəticəsində minlərlə insan cəzadan azad edilir.  Belə amnistiya aktları da  Azərbaycanın birinci xanımı, bu günlərədək deputat həmkarımız olan, bu gün isə  ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə olub. Məhz 12 illik deputat fəaliyyəti dövründə Mühriban xanım Əliyeva dörd dəfə  amnistiya aktı  təşəbbüsü ilə çıxış edib və nəticədə qırx mindək insan cəzadan azad olunub.
Yəni, bu, bir daha sübut edir ki,  Azərbaycan dövlətini idarə edən şəxslər özləri belə təşəbbüslərlə çıxış edərək, humanist addımlar atırlar.  Biz ölkə rəhbəri tərəfindən belə bir humanist addımın bu yaxınlarda da bir daha şahidi olacağıq. Belə ki,  Novruz bayramı ərəfəsində Azərbaycan Prezidenti daha bir humanizm nümayiş etdirərərk, növbəti əfv sərəncamı imzalayacaq. Bu əfv sərəncamı ilə  yüzdən artıq  məhkum azadlığa çıxacaq və yenə də minlərlə insana sevinc bəxş ediləcək.
Bax, ABŞ Dövlət Departamenti belə addımlara qiymət verməlidir. Görsün ki, dünyanın hansı ölkəsində  mütəmadi olaraq belə humanist addımlar atılır. Daha haradasa  hansısa bir faktı götürüb, bunun Azərbaycanda insan  hüquqlarının posulması kimi təqdim edilməsi yanlış düçüncədir. Ona görə də bir daha təkrar edirəm ki, ABŞ Dövlət Departamentiinin Azərbaycandakı insan hüquqları ilə bağlı  hesabtda yer alan fikirlər obyektivlikdən uzaq fikirlərdir”.
melahet2
“2016-cı ildə bütün dünyada insan haqları ən çox Birləşmiş Ştatlarda pozulub”
Yeni Azərbaycan Partiyasından (YAP) olan  millət vəkili, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızı da hesabatda deyilənlərlə razı olmadığını dilə gətirərək deyib ki, 2016-cı ildə bütün dünyada insan haqları ən çox Birləşmiş Ştatlarda pozulub:
“Ötən il ABŞ-da seçki vaxtı prezidentliyə namizədlər, eləcə də seçkidə qalib gəlmiş Donald Trump insan haqları ilə bağlı çox ciddi mesajlar göndərirdi. İstər miqrantlarla, istərsə də müsəlman ölkələrindən gələnlərin Birləşmiş Ştatlara buraxılmaması ilə bağlı belə mesajlar indi də davam edir. Hətta söz azadlığının durumuna görə ciddi narahatlıqlar var”.
 
M.İbrahimqızı deyir ki, insan haqları hesabatında yurd-yuvasından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarından danışmaq lazımdır, nəinki 25 illik müstəqillik tarixi olan dövlətdə insan haqları, media azadlığının durumuna dair mikroskopla neqativ axtarmaq.
Etikxeber.az

Read Previous

DEPUTATDAN QINAQ VƏ ÇAĞIRIŞ: “Hamımızın üzərinə böyük məsuliyyət düşür”

Read Next

Mirzəzadə də kəskin danışdı: “Sərt mövqe tutmalıyıq!”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir