“Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tədbirdə idim. Tədbirdən əvvəl dəhlizdə mənə bir gənc oğlan yaxınlaşdı ( magistr ya müəllim olduğunu bilmədim). Məndən soruşdu ki, “Aydın müəllim, o, doğrudur ki, siz hər il 27 mayda, yoldaşınızla tanış olduğunuz günün ildönümü münasibəti ilə ona 17 ədəd qızılgül bağışlayırsınız ?”
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” statusunda yazıb.
“Cavabım “bəli” oldu.
Sevindim ki, gənc mənim fəaliyyətimdə digər məqamları deyil, məhz ailəyə münasibət məsələsini diqqətdə saxlayıb.
Sənə, cavan oğlan və bütün gənclərimizə möhkəm və xoşbəxt ailə arzulayıram…”-deyə, millət vəkili sonra yazıb.
Etikxeber.az