Obama xalq niyə müraciət edəcək?

ABŞ prezidenti Barak Obama yanvarın 10-da Çikaqo şəhərindəvida müraciəti ilə çıxış edəcək.

Etikxeber.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Ağ evin yaydığı bəyanatda deyilir.   “Mənim üçün bu müraciət gözəl səyahətə görə sizə təşəkkür  etmək, son səkkiz il ərzində ölkəni yaxşılığa doğru dəyişdiyiniz üçün seçdiyiniz yolları qeyd etmək və bundan sonra ölkəmizin hara gedəcəyinə dair bəzi fikirləri səsləndirmək üçün gözəl  fürsətdir” – deyə, Obama bildirib.
Qeyd edək ki, ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də səlahiyyətlərin icrasına başlayacaq. O, Obamanın daxili siyasətə aid bir çox təşəbbüslərinin üstündən xətt çəkəcəyini açıqlayıb.

Etikxeber.az

Read Previous

“Stal”-ın futbolçusu karyerasını “Neftçi”-də davam etdirəcək

Read Next

“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir