Oyunçularının əksəriyyəti qəzada həyatını itirən “Şapekoense”-yə Cənubi Amerika Kuboku təqdim edildi

Oyunçularının əksəriyyəti təyyarə qəzasında həyatını itirən Braziliyanın “Şapekoense” klubuna Cənubi Amerika Kuboku təqdim edilib.

Etikxeber.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, xüsusi mərasim Paraqvayın paytaxtı Asunsonda, Libertadores Kuboku-2017-nin püşkatması çərçivəsində baş verib.

Bundan əvvəl Cənubi Amerika Kubokun finalında braziliyalıların  rəqibi olan Medelyinin “Atletiko Nasyonal” klubu  CONMEBOL-a müraciət edərək “Şapekoense”-ni turnirin qalibi elan etməyi təklif etmişdi.

Xatırladaq ki, noyabrın 29-da  Braziliya klubunu Cənubi Amerika Kubokunun ilk final oyununa aparan təyyarə Kolumbiya ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində “Şapekoense” klubunun futbolçuları və məşqçiləri daxil olmaqla  71 nəfər ölüb,  üçü futbolçu olmaqla, 6 nəfər sağ qalıb.

Etikxeber.az

Read Previous

Bakıda avtobus, Lənkəranda avtomobil piyadanı vuraraq öldürdü

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 35 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir