“Pirsaat daş silsiləsi”ndə tapılan cəsədin neftçiyə aid olduğu müəyyən olundu

“Pirsaat daş silsiləsi” ərazisində tapılan cəsədin itkin düşən neftçiyə aid olduğu müəyyən olunub.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 dekabr tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargahdan Etikxeber.az-a bildirilib ki, təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Həyata keçirilən axtarış–xilasetmə əməliyyatları nəticəsində fevralın 28–də dənizin “Pirsaat daş silsiləsi” ərazisində tapılan kişi meyitinin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin 1 saylı neft qazçıxarma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1974–cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğluna məxsus olduğu rəsmən təsdiq edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Etikxeber.az

 

Read Previous

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarına hazırlaşanlar üçün vəsait nəşr etdi

Read Next

Nazirlik: Siqaretin nağdsız satışında süni problemlər yaratmaq cəhdləri var

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir