Prezident hökuməti istefaya göndərdi

Qırğızıstan Prezidenti Almazbek Atambayev respublika hökumətinin istefasına dair fərman imzalayıb.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatında Nazirlər Kabinetinin istefasının dörd deputat fraksiyası arasında saziş əsasında təşkil olunan parlament koalisiyasının statusunun itirilməsi səbəbindən qəbul edildiyi deyilir.

Fərmana əsasən baş nazirə, onun müavinlərinə, hökumət üzvlərinə, həmçinin administrativ idarə rəhbərlərinə yeni hökumət heyəti və administrasiya idarələrinin rəhbərləri təyin olunana qədər vəzifələrini icra etmək tapşırılıb.

Etikxeber.az

Read Previous

Atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub

Read Next

Dövlət xəstəxanalarının statusu dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir