Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Etikxeber.az-ın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:
Musayev Elnur Novruz oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi
Əliyev Vüqar Nurəddin oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi
Sultanov Eldar Aslan oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi
Əhmədov Mübariz Hüseyn oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi.
Etikxeber.az