Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İtaliyanın şimalında yerləşən Kanneto-sul-Olo şəhərində tarixi oyuncaqlar muzeyinin binasına daxil olan çılğın qadın oradakı insanlara bıçaqla hücum edib.
Etikxeber.az xəbər verir ki, ANSA informasiya agentliyinin yaydığı məlumata görə, muzeydə bir nəfəri yaralayan qadın daha sonra küçəyə çıxaraq yol ötənləri bıçaqla vurmağa başlayıb.
Hücum nəticəsində daha üç nəfər yaralanıb.
Muzeydə ağır bıçaq yaraları alan 54 yaşlı italyan qadın bir qədər sonra ölüb. Digər zərər çəkənlərin həyatı üçün təhlükə yoxdur.
Hadisə yerinə gələn yerli polis əməkdaşları muzeyin yaxınlığındakı ərazini mühasirəyə alıblar. Çox keçmədən hücum edən şəxs saxlanılıb. Məlum olub ki, o, 58 yaşlı Polşa vətəndaşıdır.
Qadının qeyri-adekvat hərəkətinin səbəbi aydınlaşdırılır.
Etikxeber.az