Qaşaltı-Qaraqoyunlu terraktının-erməni vəhşiliyinin qurbanları: QURBANOVLAR AİLƏSİNİN 5 ÜZVÜNÜN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇİR…-FOTOLAR

Bu gün Naftalan şəhərinə daxil olan Qaşaltı-Qaraqoyunlu kəndinin terrakt, erməni vəhşiliyinin qurbanı olmuş Qurbanovlar ailəsinin 5 üzvünün Əbədiyyətə uğurlanmasından iki il keçir.

Düz iki il öncə, İkinci Vətən Müharibəsinin ilk günündə, 27 sebtyabr tarixində, axşama saatlarına yaxın bir vaxtda keçmiş MAXE, İkinci Vətən Müharibəsi iştirakçısı, iki qrup Qarabağ əlili Nadir Qurbanovun yaşadığı ev ermənilər tərəfindən vurularaq, darmadağın edilib.

Qanlı terrakt, növbəti erməni vandalizmi nəticəsində Nadir Qurbanovun ailə üzvlərindən 5 nəfər- 39 yaşlı həyat yoldaşı Afaq Əmirova, 64 yaşlı anası Şəfayət Qurbanova, 69 yaşlı atası Elbrus Qurbanov, 13 yaşlı, 7-ci sinifə gedən oğlu Şəhiriyar və 8-ci sinifdə oxuyan 14 yaşlı qardaşı qızı Fidan həlak olaraq, Şəhidlik məqamına ucalıblar.

Etikxeber.az xəbər verir ki, Qurbanovlar ailəsinin 5 üzvünün nəşi bir gün sonra, 28 sentyabr tarixində Qaşaltı-Qaraqoyunlu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Nadir Qurbanovun cəmi bir övladı, hazırda 11-ci sinifdə oxuyan tək oğlu qalıb.

Bu gün səhər saatlarında isə Qurbanovlar ailəsinin terrakt qurbanı olmuş üzvlərinin Qaşaltı-Qaraqoyunlu kənd qəbiristanlığındakı məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, ruhları dualar edilib.

Ziyarət zamanı çox təsirli, çox kövrək anlar yaşanıb.

Sonra kənddəki xeyir-şər məclis evində Şəhidlərin Anım mərasimi keçirilib, adlarına ehsan verilib, bir daha ruhlarına dualar oxunub.

Nadir Qurbanova və yaxınlarına Allahdan səbr və dözüm arzulanıb.

Məkanları cənnətlik, məqamları Uca olsun!

Nur içində yatsınlar!

19:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsinin ilk Şəhidləri: ƏLİ VƏ İSLAM ƏHMƏDOVLAR, FARİZ QURBANOV, ELMAN HƏSƏNOV, RZA MƏMMƏDOV, KƏRİM YUSİFOV VƏ HİDİ VƏLİYEVİN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇDİ-MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ DÜZƏNLƏNDİ, ŞƏHİD QARDAŞLARIN ADINA KÜÇƏ VERİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

İham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir