Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması ilə bağlı xüsusi qanun hazırlanır”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyaya qoşulmasına baxmayaraq, qeyri-maddi mədəni irsimizin qorunması və onun dünyaya tanıdılması, qeyri-maddi mədəni irsin siyahısının tərtib edilməsi, mühafizəsinin qanunvericilk baxımından tənzimlənməsinə ciddi ehtiyac var.
Komitə sədri bildirib ki, Azərbaycanın YUNESKO ilə əməkdaşlığının olmasına baxmayaraq, 2000-ci ilədək ölkəmizin ancaq bir qeyri-maddi mədəni irsi bu təşkilatın siyahısına daxil olunaraq, mühafizə edilirdi. “Bu da Qız qalası və İşəri şəhər tarixi qoruğu idi. Bu abidə də dağıldığına görə, YUNESKO bu abidəni öz siyahısına salmışdı. Azərbaycan Qobustandakı daşlar üzərindəki yazıları YUNESKO-nun siyahısına salamq üçün uzun müddət mübarizə apardı. Bu məsələ ancaq H. Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri seçildikdən və onun sayəsində bu təşkilatla yaradılan sıx əməkdaşlıq münasibətərindən sonra Qobustanın daşüstü yazıları YUNESKO tərəfindən qorunma altına alındı. Hazırda YUNESCO-nun Azərbaycan 7 nominasiya üzrə qeyri-maddi mədəni irsi qeydiyyatdan keçib. Bunlar Azərbaycan muğamı, Azərbaycanın tar ifaçılıq sənəti, aşıq sənəti, xalça, kələğayı və digrə qeyri-maddi mədəni irsləridir. Ancaq bundan başqa, Azərbaycanın elə qeyri-maddi mədəni irsi var ki, onların da YUNESCO-nun nominasiyasına düşməsinə ehtiyac var. Əməkdaşlığımız nəticəsində gələcəkdə digər qeyri-maddi mədəni irslərin qorunma altına alınması istiqamətində iş görülməlidir. Məhz bu baxımdan belə bir qanunun hazırlanmasına və qəbul edilməsinə zərurət var. Biz bu qanun vasitəsi ilə Azərbaycanda qeyri-maddi mədəni irsin siyahısını hazırlayıb, onların qorunma altına alınması, mühafizəsi və dünyaya çatdırılması istiqamətində hüquqi mexanizmini müəyyən edə bilərik”-deyə, komitə sədri sözlərinə edib.
Qeyd edək ki, bu məsələ MM-in Mədəniyyət komitəsinin iclasında da müzakirə edilib və qanun layihəsinin hazırlanması ilə bağlı İşçi qrup da yaradılıb.
Etikxeber.az