Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qırğızıstan parlamenti-Joqorku Keneşdə üç fraksiyadan ibarət koalisiya çoxluğu yaradılıb.
Etikxeber.az-ın xəbərinə görə, bu haqda jurnalistlərə Qırğızıstan Sosial-Demokrat Partiyasının (QSDP) parlamentdəki fraksiyasının lideri məlumat verib.
Bildirilib ki, koalisiya çoxluğuna Qırğızıstan Sosial-Demokrat, Bir-Bol və “Kırqızıstan” partiyalarının parlament fraksiyaları daxil olub.
Xatırladaq ki, bu il oktyabrın 24-də QSDP parlamentdəki koalisiya çoxluğundan çıxdığını elan edib, oktyabrın 26-da Qırğızıstan Prezidenti Almazbek Atambayev hökuməti istefaya göndərmişdi.
Prezidentin müvafiq Fərmanına əsasən noyabrın 17-dək yeni hökumətin proqramı və strukturu təsdiq olunmalı, Baş nazirin namizədliyi və hökumətin tərkibi müəyyən edilməlidir.
Etikxeber.az