“Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır”-AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ

Təəssüf edirik ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq.

Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq.

Bir daha israrla bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 30.11.2022-ci il tarixli rəsmi məlumatında “Dağlıq Qarabağ ərazisi” kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və “Martuni” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR”, – deyə məlumatda bildirilib.

Etikxeber.az

Read Previous

Əfsanəvi Xüsusi Təyinatlı, “Azərbaycan Bayrağı” ordenli-Bərdəli Devran Naibov və həm atasını, həm tək bacısını vaxtsız itirən, MAXE, Goranboylu Səməd RZAYEV: BU GÜN DEVRAN NAİBOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, NƏŞİ İKİ AY BİR GÜNDƏN SONRA TAPILAN SƏMƏD RAZYEVİN İSƏ ƏBƏDİYYƏTƏ UĞURLANMASININ İKİNCİ İLİDİR…- FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Bayramovla Çavuşoğlu bu dəfə-POLŞADA BİR ARAYA GƏLDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir