“Hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq!”-ZELENSKİ – ABŞ PREZİDENTİ İLƏ ZELENSKİ ARASINDA TELEFON DANIŞIĞI OLDU, BAYDEN RUSİYAYA XƏBƏRDARLIQ ETDİ – YENİLƏNİB – (10)

Rusiyanın Ukraynaya hücumu başlayıb.

Etikxeber.az xəbər verir ki, bunu “Reuters”ə NATO-nun nümayəndəsi bildirib.

Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin “Donbasın müdafiəsi üçün” xüsusi əmliyyat keçirilməsi barədə göstəriş verib.

Bu barədə Rusiya rəhbəri xalqa müraciətində bildirib.

Rusiya Prezidenti bildirib ki, ölkəsinin Ukraynanı işğal etmək planı yoxdur, lakin onun demilitarizasiyasına çalışır.

“Şimali Atlantika Alyansı Ukraynanı mənimsədiyi halda Rusiya özünü təhlükəsiz hiss edə bilməz. Ukraynadakı vəziyyətə kənar müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək”-deyə, Putin vurğulayıb.

07:55

***

Saat 05.00-dan etibarən (Bakı vaxtı ilə 06.00) Ukraynanın bir sıra şəhərlərində partlayış səsləri eşidilir.

“UNİAN” xəbər verir ki, partlayışlar paytaxt Kiyevlə yanaşı Odessa, Xarkov və Berdyanskda da eşidilir.

Kiyevin Borispol aeroportu yaxınlığında və bir neçə yaşayş məhəlləsində partlayış səsləri gəlir.

08:05

***

ABŞ Prezidenti Co Bayden Ukraynadakı vəziyyətlə bağlı xalqa müraciət edəcək.

Bu barədə Ağ Evin yaydığı bildirişdə qeyd olunub.

08:37

***

“Putin Ukraynanın genişmiqyaslı işğalını başladıb”.

Bunu isə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba “Twitter” hesabında belə qeyd edib.

O, dinc Ukrayna şəhərlərinin atəşə tutulduğunu qeyd edib.

“Dinc Ukrayna şəhərləri atəş altındadır. Bu aqressiv müharibədir. Ukrayna özünü müdafiə edəcək və qalib gələcək. Dünya Putini dayandıra bilər və dayandırmalıdır. Hərəkətə keçmək vaxtıdır”-deyə, Kuleba qeyd edib.

08:59

***

Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

Bu barədə Ağ Ev rəsmisi bildirib.

Söhbətin detalları açıqlanmayıb.

09:10

***

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyət elan edib.

Bu barədə V. Zelenski bu gün səhər paylaşdığı qısa video müraciətində bildirib.

O, vətəndaşları təmkinli olmağa çağırıb.

“Əziz Ukrayna vətəndaşları! Bu gün səhər Prezident Putin Donbasda xüsusi hərbi əməliyyat elan etdi. Rusiya bizim hərbi infrastrukturumuza və sərhəd keşikçilərimizə zərbələr endirdi. Ukraynanın bir çox şəhərlərində partlayışlar eşidildi. Biz bütün ölkə ərazisində hərbi vəziyyət elan edirik. Bir dəqiqə öncə mənim Prezident Baydenlə söhbətim oldu. ABŞ artıq beynəlxalq dəstəyi birləşdirməyə başlayıb. Bu gün hər biriniz təmkinli qalmalısınız. Bacardığınız təqdirdə evdə qalın. Biz işləyirik. Ordumuz işləyir. Müdafiə və təhlükəsizliyin bütün sektorları işləyir. Təşviş olmasın. Biz güclüyük. Biz hər şey üçün hazırıq. Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq!”-deyə, Zelenksi videomüraciətində bildirib.

09:40

***

Ukrayna Ali Radası Ukraynada hərbi vəziyyətin elan olunmasına səs verib.

Bu barədə deputat Yaroslav Jeleznyak “Tvitter”də paylaşım edib.

Radanın iclası canlı yayımlanmayıb.

10:40

***

“Rusiyanın Ukraynaya silahlı hücumunun dayandırılması məsələsi “Böyük yeddilik” ölkələri liderlərinin fövqəladə toplantısında müzakirə olunacaq”.

Bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.

Bildirib ki, görüşdə Rusiyaya tətbiq ediləcək sanksiyalar paketi nəzərdən keçiriləcək.

Ağ Ev rəhbərinin sözlərinə görə, NATO-nun müttəfiqinə qarşı aqressiyaya cavab addımları razılaşdırılacaq.

Co Bayden vurğulayıb ki, rəsmi Moskva adıçəkilən dövlətə hərbi müdaxilə etdiyi üçün beynəlxalq ictimaiyyət tərəfindən məsuliyyətə cəlb ediləcək:

“Baş verənlərə görə məsuliyyəti bilavasitə Rusiya daşıyır. Bütün dünya Ukrayna dövləti və xalqı üçün dualar edir. Müttəfiqlərimizlə birlikdə Rusiyanın addımlarına cavab veriləcək”.

11:07

***

Bütün Rusiya diplomatları Ukraynanı tərk edib.

Bu barədə səfirlikdən məlumat verilib.

11:20

***

Böyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Böyük Britaniya Baş nazirinin administrasiyası “Twitter”də paylaşım edib.

Bildirilib ki, telefon danışığı zamanı Boris Conson Zelenskiyə Ukraynada baş verən hadisələrdən dəhşətə gəldiyini bildirib.

O, Qərbin Prezident Putinin Ukrayna xalqına qarşı başlatdığı müharibəni dayanıb izləməyəcəyini vurğulayıb.

Conson Ukrayna xalqının müqavimət göstərə biləcəyinə ümid etdiyini deyib.

12:00

***

Boris Conson bu gün parlamentdə Ukrayna ilə bağlı çıxış edəcək.

“Reuter” xəbər verir ki. Böyük Britaniyanın baş naziri Boris Conson fevralın 24-də parlamentdə Ukrayna ilə bağlı bəyanatla çıxış edəcək.

Baş nazir həmçinin bugün səhər saatlarında Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar Cobra adlanan xüsusi hökumət komitəsinin fövqəladə iclasını da çağırıb.

Etikxeber.az

Read Previous

Prezident Dünya İqtisadi Forumunun Prezidentini-QƏBUL ETDİ – FOTO

Read Next

Şəhid dayısının adını və soyadını daşıyan balaca-FƏXRİ QƏRİBZADƏ…BU GÜN 1 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir