Şəhid analarının-Akifə Əliyevanın (Ağayevanın), Mehparə Qəribovanın…, Şəhid ailələrinin, Qazilərin-SƏSİ EŞİDİLƏCƏKMİ, PROBLEMLƏRİ ÇÖZÜLƏCƏKMİ?

Şəhid anası kirayədə yaşamaq məcburiyyətindədir…İcra Hakimiyyəti kömək əvəzinə, Şəhid anasına sintetik yorğan-döşək göndərir…Rəzillik!!!

***

Ölkə komediyadır, dəlixanadır bilmək olmur…

Əksər məmurlar, səlahiyyətlilər, rəsmilər… nə pislik var, hamısını edirlər…

Nə Şəhidlərə, nə Şəhid ailələrinə, nə Qazilərə, nə Qazi ailələrinə hörmət, ehtiram qalıb…

Müharibədə iştirak edib, can qoyub, ancaq yaralanmayanları, sağ qalanları, ümumiyyətlə, ifadəmə görə, üzr istəyirəm, adam yerinə qoyan yoxdur…

Sanki 44 günlük tarixi İkinci Vətən Müharibəsini, noyabrın 9-can olanları, Qələbəmizi, Zəfərimizi gözdən salmaq, bu yolda can qoyanları, fədakarlıq edənləri… peşman etmək üçün səlahiyyətlilər, məmurlar… bir-biri ilə sözləşib və ya yarışa giriblər…

Prezidentin, Ali Baş Komandanın müharibə zamanı və müharibədən sonra etdiklərini, gördüyü bütün işləri gözdən salmağa, cəmiyyətdə narazılıq yaratmağa çalışırlar…

İki oğlundan birini Şəhid vermiş, 20 ilə yaxındır kirayələrdə çürüyən, çürüdülən Şəhid anasının-AKİFƏ ƏLİYEVAnın heç bir səbəb olmadan 2-ci qrup əlilliyə görə aldığı pensiyası dayandırılır, aylardır verilmir…Heç bir əsas, səbəb də gətirilmir…

Buradan, Azərbaycandan ən ağır vəziyyətdə olan QAZİLƏRi, Vətən İgidləri müalicə, əməliyyat üçün qardaş Türkiyəyə göndərirlər, orada isə onları az qala taleyin ümidinə buraxırlar, maraqlanmırlar, YAŞAT-ın səlahiyyətlisi (sonradan məlum olur ki, sadəcə, koordinatordur…) Qazilərin zənglərinə cavab vermir, telefonunu söndürür…

İki övladından birini, tək oğlunu Şəhid vermiş ana-Bərdəli MEHPARƏ QƏRİBOVA ev-eşiyi olmadığı üçün ailəli qızının yanında qalır…

Qızının ailəsi də böyük, qələbəlik, özlərinin “n” sayda problemləri…

Keçmiş həyat yoldaşının Şəhid anasının-Akifə xanımın başına gətirdikləri də ayrı bir müsibət…

Şəhid anası kirayə evə-mənzilə çıxmaq məcburiyyətində qalıb, qalır…Kömək üçün Bərdə İcra Hakimiyyətinə üz tutur, ağız açır, kömək əvəzinə, arxasınca dəmir çarpayı və sintetik yorğan-döşək göndərilir...

Bu dərəcədə də rəzillik, biabırçılıq, hörmətsizlik olarmı?

Başqa bir Şəhid (özü də evin tək oğlu)-ƏZİM FİKRƏT OĞLU HƏSƏNOVun ailəsi 21 ildir Mingəçevirdə “vaqon ev”də çürüyür, çürüdülür, ancaq kimsənin vecinə deyil…

Şəhid ailəsi deyir ki, bizə ev, mənzil lazım deyil, sadəcə, yaşadığımız 3-4 sotluq ərazi bizim adımıza sənədləşdirilsin, Mingəçevir İcra Hakimiyyətindən hələ də tərpəniş, hərəkət yoxdur… Və sair və ilaxır…

Bunlara, bu biabırçılıqlara, bu hörmətsizliklərə nə vaxt son qoyulacaq, ümumiyyətlə, son qoyulacaqmı???

Niyə, nə üçün belə edilir, nədir məqsəd???…

Artıq bunu edənlərə “dur” deməyin zamanıdır, artıq bunu edənlərə qarşı birmənalı cəzalandırma tədbirlərinin seçilməsi, görülməsi zamanıdır, artıq problemlərin birmənalı və kökündən həll edilməsi zamanıdır!

Edilməlidir, edilməlidir, edilməlidir!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 844 yeni yoluxma-DAHA 18 ÖLÜM…

Read Next

“Mən də oğluma toy etmək istəyirdim…”-ŞƏHİD ANASI AYGÜN MƏMMƏDOVA “ÜSYAN” ETDİ, NAZİRLƏR KABİNETİ VƏ MİLLİ MƏCLİSƏ SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir