“Şəxsiyyət vəsiqəsində Yabı Saqif sözünün yazılmasının nəyi pisdir ki?..” – DEPUTAT

“Cəlilabad rayonu Maşlıq kənd sakini Abbasov Saqif Tərlan oğluna məxsus fermada at və eşşək ətlərinin kəsilərək Bakıdakı ictimai iaşə yerlərini təhvil verilməsi faktı aşkarlanıb. Yəqin ki, Cinayət Məcəlləsinə görə adam barədə lazımı tədbirlər görüləcək. Ancaq bu adam və ya bunun kimilərlə əlbir olan şəbəkənin qanunsuz və ləyaqətsiz işlərinə görə hansısa cəzanın faydası olacaqmı? Aşkara çıxarılmayann çox adamlar var ki, insanlarımıza mənşəyi məlum olan və ya olmayan zərərli ət məhsullarını yedirtməklə külli miqdarda gəlir əldə edirlər”.

Etikxeber.az xəbər verir ki, bunu deputat Fazil Mustafa öz “Facebook” statusunda qeyd edib.

O, qeyd edib ki, həbs olunanların bir qismi də əvvəlki cinayətkar əməllərini davam etdirirlər.

“Bəlkə bu cür əməllərlə məşğul olan şəxsllərin gələcəkdə cəmiyyət tərəfindən hər dəfə tanıdılması üçün rəsmi sənədlərində dəyişiklik edərək adlarının qarşısında Eşşək və ya Yabı sözlərinin yazılması daha doğru olardı?

Məsələn, yuxarıdakı şəxsin rəsmi sənədində, yəni, şəxsiyyət vəsiqəsində Eşşək Saqif və ya Yabı Saqif sözünün yazılmasının nəyi pisdir ki?..

Bilirəm, hüquqi addım deyil, ancaq bəlkə bu kimilərin hər yerdə adlarının bu cür çəkilməsi bu cür heyvani addımlardan az da olsa çəkindirməyə vəsilə ola bilər”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

İki mərkəzi küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır – “Azəravtoyol”

Read Next

DEPUTAT SUAL ETDİ: “Avropa, kimdir sivil, kimdir mədəni?”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir