Səlim Müslümov parlametnin iclasını yarımıq tərk etdi…

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov parlamentin martın 10-da keçirilən növbəti plenar iclasını yarımçıq tərk etməli olub.
Etikxeber.az-ın xəbərinə görə, buna səbəb nazirin vacib məsələ ilə bağlı ölkə Prezidenti tərəfindən onun yanına çağırılması olub.
Bu haqda “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı spiker Oqtay Əsədov məlumat verib.
“Biz Səlim müəllimi də müzakirələrə dəvət etmişdik. Ancaq, o, üzrlü səbəblərdən iclası yarımçıq tərk etməli oldu, onun ölkə Prezidenti çağırdı. Biz müzakirələrə başlayaq, Səlim müəllimin müavini də gəlməlidir, gələndə ona da söz verərik”-deyə, spiker bildirib.
Etikxeber.az

Read Previous

“Ay Zahid, heç kimə “uçeniya” keçmə…” – SPİKER

Read Next

Əflatun Amaşov: “Kimlərsə məsələyə spekulyativ çalarlar gətirib cəmiyyəti çaşdırmamalıdır” – YENİLƏNİB (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir