Şəmkirdə ağır yol qəzası: 1 NƏFƏR ÖLDÜ, 15 NƏFƏR XƏSARƏT ALDI – NAZİRLİKLƏR MƏLUMAT YAYDI – YENİLƏNİB – (1)

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Etikxeber.az-ın məlumatına görə, hadisə Bakı- Qazax avtomobil magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyədən Bakıya gələn sərnişin avtobusu hərəkədə olarkən arxadan “SHAGMAN” markalı yük maşınına çırpılıb. Qəza zamanı avtobusda olan sərnişinlərdən bir nəfəri ölüb.

Çoxlu sayda yaralanlarılar var. Yaralılar xəstəxanaya yerləşdiliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Səhiyyə Nazirliyi baş verən hadisə ilə bağlı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, 15 nəfər xəsarət alıb.

“Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir”-deyə, məlumatda qeyd olunub.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) də Şəmkirin Sarıtəpə kəndində baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. 

FHN-nin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Sarıtəpə kəndində “Mercedes” markalı sərnişin avtobusu və “SHACMAN” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən “Mercedes” markalı sərnişin avtobusunda sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti və müxtəlif xəsarətlər alan 4 nəfər sərnişin xilas edilərək aidiyyəti üzrə təhvil veriblər.

***

 Şəmkirdə avtobus qəzasında həlak olan şəxsin adı məlum olub. 

Yük avtomobili ilə avtobusun toqquşması nəticəsində Lənkəran sakini Məhərrəmov Elbrus (1983-cü il) dünyasını dəyişib.

15 yaralı isə  Şəmkir xəstəxanasına yerləşdirilib. Onlar arasında ağır yaralılar da var.

Qəzada yaralananların adları da açıqlanıb. 

Onlar Bakı şəhər sakinləri – 1989-cü il təvəllüdlü İmamxanova Çinarə Eyyub qız sağ topuğun çapılan yayarsı, 1992-ci il təvllüdlü Mirəliyev Xəyyam Ümidvar oğlu sağ əlin cırılmış yarası, Əmiraslanova Sevinc Süleyman qızı sağ baldır sümüyün yer dəyişən sınığı, 1966-cı il təvəllüdlü Səbxanova Göyçək Mehralı qızı bel nahiyyəsinin əziyi, 1946-cı il təvllüdlü Süleymanova Qələm Cavad qızı sol ayağın əziyi və sıyrılmış yarası, 1978-ci il təvəllüdlü Kazımova Arzu Mətləb qızı hər iki dizin sıyrılması, Xırdalan sakini 1957-ci il təvəllüdlü Əliyeva Gülsüm Məmmədağa qızı sol qaşın çapıq yarası, Füzuli rayon sakinləri – 1989-cu il təvvəlüdlü Babayevə Növrəstə Qardaşxan qızı sol daraq sümüyünün sınığı, Məmmədova Miranə Ərşad qızı burun sınığı və bel nahiyyəsinin əziyi, Qax sakini, 1997-ci il təvəllüdlü Əliyev Nicat Gəray oğlu qapalı beyin travması, Sumqayıt şəhər sakini Qurbanəliyeva Günel Nəsrəddin qızı sol bud sümüyünün qapalı sınığı, o cümlədən 2 Türkiyə vətəndaşı – 1983-cü il təvəllüdlü Sener Yavuz Süleyman sağ dizin cırılması, sağ qamış sümüyünün sınığı və Darmış Ruzun Asser sağ qaş üstünün cırılmış yarası alıblar.

Xəsarət alan şəxslərin 14-ü ambulator müalicəyə göndərilib, 1 nəfər Qax sakini olan N.Əliyev stasionar müalicədədir, vəziyyəti ağırdır.

Etikxeber.az

Read Previous

“Vəzifədən getdinsə, nə bilim, pişik asqırdısa, çörək verənə qarşı çıxacaqsan?” – HADİ RƏCƏBLİ HƏR BİR KƏSİ SADİQ VƏ SƏDAQƏTLİ OLMAĞA SƏSLƏDİ

Read Next

“Deyə bilərlər ki, oturmusan xaricdə, valyuta ilə maaş alırsan…” – SƏFİR HACI ZEYNALABDİNDƏN YAZDI, TƏKLİF VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir