Azərbaycanın Macarıstandakı səfiri, professor, sabiq Xarici İşlər naziri Vilayət Quliyevin ailəsinə ağır itki üz verib.
Etikxeber.az APA-ya istinadən xəbər verir ki, səfirin qızı Humay Quliyeva gənc yaşında vəfat edib.
H. Quliyevanın ölüm səbəbi hələlik tam məlum deyil.
H. Quliyeva Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından olub, müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edib.

Allah rəhmət etsin!
Etikxeber.az