Sabunçuda yararsız minaatan mərmisi aşkarlandı

Oktyabrın 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Sabunçu rayonunda qazıntı işləri zamanı döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.

Etikxeber.az FHN-nin rəsmi saytına istinadla xəbər verir ki, dərhal hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri cəlb edilərək tapılmış sursata baxış keçirilib.

Müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd 82 mm çaplı minaatan mərmisidir. Sursat aidiyyəti üzrə təhvil verilib.

Mütəxəssislər tərəfindən əraziyə əlavə baxış keçirilib, digər şübhəli əşya aşkar edilməyib.

Etikxeber.az

Read Previous

Cüdoçumuz beynəlxalq turnirin qalibi oldu

Read Next

Millimiz Rumıniya komandasına qalib gəlib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir