Sahibə Qafarova, Səməd Seyidov, Sabir Hacıyev AŞPA-nın komitə iclaslarına qatılacaq

Martın 6-da və 8-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi işlər və demokratiya, həmçinin Monitorinq Komitələrinin iclasları keçiriləcək.

Milli Məclisdən (MM)  Etikxeber.az-a verilən məlumata görə, iclaslarda MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə nümayəndə heyəti iştirak edəcək.

Nümayəndə heyətinə deputatlar Elxan Süleymanov və Sabir Hacıyev daxildirlər.

Tədbirlərdə Hökumət səviyyəsində korrupsiya, Yeni Tunis hökumətinin yürütdüyü siyasət, Belarusda vəziyyət və digər məsələlər müzakirə olunacaq.

Milli Məclisin deputatları müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd  və təkliflərini verəcəklər.

Martın 9-da və 10-da isə İspaniyanın Madrid şəhərində AŞPA Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək.

İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova iştirak edəcəklər.

İclaslarda Albaniyada, Bolqarıstanda, Serbiya və Ermənistanda keçiriləcək parlament seçkiləri, Türkiyədə Konstitusiya dəyişiklikləri, AŞPA çərçivəsində gender bərabərliyi, Rusiya Parlamenti ilə AŞPA arasında əməkdaşlıq və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Səfər martın 12-də başa çatacaq.

Etikxeber.az

Read Previous

Avropa İttifaqı da Dağlıq Qarabağda keçirilmiş “referendum”u tanımır

Read Next

Deputat bələdiyyə başqanları ilə nədən bəhs etdi? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir