Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası teatrsevərlərə təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, tamaşada əsas partiyalardan biri – Fiqaro partiyasını Belarus Milli Akademik Böyük Opera və Balet Teatrından dəvət olunan teatrın solisti, Belorusun Əməkdar Artisti Vladimir Qromov ifa edəcək.
Digər əsas rollarda isə azərbaycanlı vokal ustaları – Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Əkrəm Poladov, Fərid Əliyev gənc solistlər Nina Makarova və Tural Ağasıyev çıxış edəcəklər.
Tamaşanı dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.
Etikxeber.az