Toy qaydalarının pozulmasına görə daha 6 nəfər cərimələndi, daha 63 nəfər-SƏNLİYƏ BURAXILMADI

Avqustun 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 18 toy şənliyinin monitorinqini həyata keçirib.

Etikxeber.az-a daxil olan məlumata görə, monitorinq 13 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 63 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Etikxeber.az

Read Previous

“Dərdlər içində çapalayıram, başımı itirmək dərəcəsindəyəm…”-ÖVLADININ XƏSTƏLİYİNƏ GÖRƏ ƏRİ TƏRƏFİNDƏN TƏRK EDİLƏN, DAXMADA YAŞAYAN VƏ ŞƏHİD BACISI OLAN NAİLƏ ƏMİRASLANOVA İLHAM ƏLİYEVLƏ MEHRİBAN ƏLİYEYAYA MÜRACİƏT ÜNVANLADI – (ÖZƏL)

Read Next

Koronavirusa yoluxanlar arasında qadınlar üstünlük təşkil edir-AZƏRBAYCANDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir