Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya ilə əməkdaşlıq etdiyini bildirib.
Etikxeber.az-ın TASS-a istinadən xəbərinə görə, o, qeyd edib ki, Rusiya ilə münasibətlər bərpa olunub və hazırda iki ölkə regionda problemlərin həlli üzərində işləyir.
Vaşinqton Milli Mətbuat Klubunda çıxış edən M.Çavuşoğlu deyib ki, Rusiya ilə fikir ayrılığını aradan götürüblər:
“Hazırda münasibətlərimiz bərpa olunub və biz regionda problemlərin həlli istiqamətində çalışırıq”.
Nazir buna misal olaraq Suriyada və Azərbaycanda vəziyyəti misal gətirib.
O, əlavə edib ki, Türkiyə Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
Etikxeber.az