Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xəbər verildiyi kimi, dünən Cinə rəsmi səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oradan da birbaşa ABŞ-a, prezident Donald Trampla görüşə gedəcək.
Ancaq bugünlərdə ABŞ-ın terrorçu PYD-YPG-yə silah vercəyini açıq şəkildə bəyan etməsindən sonra Türkiyədə Ərdoğana ABŞ səfərini təxirə salması yönündə çağırışlar edilməkdədir, xüsusilə də, ana müxalifət partiyası olan CXP tərəfindən.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, MHP Ərdoğanın müəyyən ön şərtlər əsasında ABŞ-a səfər etməsini istəsə də, CXP səfərin təxirə salnmasında israrçıdır.
Ərdoğan isə CXP-yə “Ağlınızı özünüzə saxlayın. Bu səfər olacaq. Bu səfər də məsələlərə vergül yox, nöqtə qoyan bir səfər, bir görüş olacaq”-deyə, cavab verib.
CXP lideri Kamal Kılıcdaroğlu da öz növbəsində deyib ki, Ərdoğanın ağlı yetirsə, o zaman problem yoxdur.
Etikxeber.az