Türkiyə və Ukraynada seçkilər – “CÜMHUR” VƏ ZELENSKİ ÖNDƏDİR – ƏRDOĞAN SEÇKİ SONUCLARINDAN DANIŞDI- YENİLƏNİB – (13)

Bu gün (cəmi saatlar sonra)  qardaş və dost Türkiyədə növbəti bələdiyyə seçkiləri keçiriləcək.

Etikxeber.az xəbər verir ki,  Türkiyə Ali Seçki Komissiyasının (ASK) qərarına əsasən, səsvermə ölkənin şərq və cənub-şərq bölgələri daxil olmaqla, 31 vilayətdə yerli vaxtla bu gün saat 7-dən 16-dək, digər bölgələrdə isə saat 8-dən 17-dək davam edəcək.

“Anadolu” agentliyi səsvermə prosesi ilə bağlı məlumatları 13 dildə 2500 xarici və yerli kütləvi informasiya vasitəsi ilə paylaşacaq.

Bu gün eyni zamanda, Ukraynada prezident seçkiləri keçiriləcək.

Seçkilərlə bağlı  artıq Ukrayna Təhlükəsizlik Xidməti (UTX)  martın 30-dan gücləndirilmiş iş rejiminə keçib.

Belə ki, “Alfa” qrupu Ukraynanın küçələrini, vağzallarını, aeroportlarını mühafizə edəcək.

UTX mühafizə zamanı zirehli maşınlar və pilotsuz aparatlardan istifadə edir.

Bütün bunlar Ukraynada seçki ərəfəsində həyata keçirilə biləcək təxribatın qarşısını almağa xidmət edir.

Xatırladaq ki, Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb.

Beş nəfər sonradan namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub.

Həmçinin, qeyd edək ki, Ukraynadakı seçikləri müşahidə edəcək parlamentarilər arasında azərbaycanlı millət vəkilləri də var.

Yəni, Milli Məclisin (MM)  üzvləri- Naqif Həmzəyev Azər Kərimli  və Rüfət Quliyev Ukraynadakı seçkilərini izləyəcəklər.

Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının tərkibində prosesə qatılacaq.

Azər Kərimli GUAM Parlament Assambleyası (PA) nümayəndə heyətinin tərkibində, Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə  MM-in  xətti ilə prosesi müşahidə edəcəklər.

Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər .

ukrayna (1)

***

Türkiyədə artıq bələdiyyə seçkilərinə start verilib.

Ölkənin şərq və cənub-şərq bölgələrini əhatə edən 31 vilayətdə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb. Bu vilayətlərdə səsvermə 16.00-dək davam edəcək. Digər bölgələrdə isə səsvermə saat 08.00-dan 17.00-dək davam edəcək.

Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzə 75 milyondan çox vətəndaş səsvermədə iştirak etmək hüququna malikdir.

Qeyd edək ki, Ukraynada da seçkilərin keçirilməsinə, səsvermənin başlamasına az qalıb.

***

Ukraynada prezident seçkilərində yeli vaxtla saat 11:00-a olan nəticəyə görə, seçici fəallığı 16,35 faiz təşkil edib.

Bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Səhər saatlarında ən çox seçici fəallığı Zaporojya (21,1 faiz) və Kirovoqrad (21,62 faiz) vilayətlərində olub. Ən zəif seçici fəallığı isə Zakarpatya vilayətində qeydə alınıb – 7,65 faiz.

***

Türkiyənin Malatya vilayətinin Pötürge rayonunda seçki məntəqəsində isə iki nəfər güllələnib.

Yerli vaxta saat 10.30-da baş verən qanlı hadisə səsvermə zamanı yaranan dava nəticəsində baş verib. Öldürülən şəxslər tapançadan açılan atəşlə vurulub.

Hadisə ilə əlaqədar bölgəyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.

***

Seçki məntəqəsində öldürülən şəxslərin ata-oğul və “Səadət” Partiyasının üzvləri olduğu məlum olub.

“Səadət”in  lideri Temel Karamollaoğlu isə patiya üzvlərinin öldürülməsinə sərt təpki göstərib:

“Alacağınız  bir necə səs yerin dibinə batsın”.

***

MHP genəl başqanı Dövlət Baxçalı artıq səsvermə hüququndan istifadə edib.

O, “Cümhur İttifaqına səs verdim”-deyə, bildirib.

***

Ukraynada prezident seçkilərində yerli vaxtla saat 15:00-a olan nəticəyə görə, seçici fəallığı 43,75 faiz təşkil edib.

Bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

***

Türkiyədə seçkilər-səsvermə prosesi artıq başa çatıb.

***

RÜFƏT QULİYEV: Ukraynada prezident seçkilərində seçici fəallığı müşahidə olunur

Ukraynada prezident seçkiləri azad və demokratik keçirilir. Bunu gün ərzində müşahidə etdiyimiz məntəqələrdə şahidi olmuşuq.

Bu fikri MM-in GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli söyləyib.

Deputat bildirib ki, günorta saatlarından başlayaraq seçici aktivliyi artıb. Artıq GUAM PA-nın müşahidə missiyası 10 seçki məntəqəsində səsvermə prosesini izləyib. Bu məntəqələrdə seçki prosesinin pozulması qeydə alınmayıb. Gün ərzində daha 10 seçki məntəqəsində olacaqlar.

“Ukraynada prezident seçkilərində seçici fəallığı müşahidə olunur. Müşahidə apardığım seçki məntəqələrində ciddi qanun pozuntuları qeydə alınmayıb”.

Bunu da öz növbəsində Ukraynada keçirilən prezident seçkilərini izləyən MM-in müşahidə missiyasının üzvü, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Rüfət Quliyev söyləyib.

***

Türkiyədə artıq səslərin sayılması prosesi gedir.

Məlumatlara görə, 8 şəhərdə artıq seçki qutularının 30 faizi açılıb.

***

Türkiyədə seçki qutularının açılması, səslərin sayılması davam edir.

Məlumatlara görə, artıq ölkə üzrə seçki qutularının 11  faizindən çoxu açılıb.

***

Türkiyədə artıq seçkilərin ilkin nəticələri açıqlanmaqdadır.

İstanbulda, Ankarada “Cümhur”, İzmir, Antalya, Adana kimi iri şəhərlərdə “Millət” ittifaqının namizədləri öndədir.

Həmçinin, Azərbaycan əsilli türklərin daha çox yaşadığı İğdırda İsa Yaşar Tezel (MHP) önə çıxıb.

***

Ukraynada keçirilən prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb.

Ukraynanın 3 yerli təşkilatının apardığı “exit-poll”un nəticələrinə görə, 30,4 faiz Vladimir Zelenski, 17,8 faiz Petro Poroşenko, 14,2 faiz Yuliya Timoşenko, 9,8 faiz Yuri Boyko, 7,1 faiz isə Anatoli Qriçenko seçicilərin səsini toplayıb.

Ukrayna MSK-sı 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd olunub. Ukraynanın seçki tarixində bu, rekord göstəricidir. Ona görə də seçki bülleteni rekord uzunluqda 80 sm-dir.

***

Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə günü yerli vaxtla saat 19:00-a olan məlumata görə, seçki qanunvericiliyi pozulduğu üçün 25 cinayət işi açılıb.

Bu barədə Milli Polisin mətbuat xidməti məlumat yayıb.

Gün ərzində seçki qanunvericiliyinin tələblərinin pozulmasına görə, 1800-ə yaxın şikayət daxil olub.

Ukrayna Mərkəzi Seçki Komissiyasının isə məlumatında seçkilərlə bağlı 11 şikayətin daxil olduğu qeyd edilir.

***

Hazırda seçki sonucları ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda çıxış edir.

O, seçkilərə seçici qatılımının yüksək olduğunu bildirib.

Həmçinin, qeyd edib ki, seçki sonuclarının Türkiyə üçün xeyirli olmasını diləyir.

“Türkiyə üçün hələ tökəcəyimiz çox alın təri var”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu nə dəhşətdir, İlahi?” – QƏNİRƏ PAŞAYEVADAN KƏSKİN ETİRAZ

Read Next

Əliyev Ərdoğana zəng etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir