Türkiyənin baş verən zəlzələdə-XƏSARƏT ALANLARIN SAYI 50-YƏ ÇATDI – YENİLƏNİB – (2)

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib.

Etikxeber.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

***

Türkiyədə baş verən güclü zəlzələdə insan tələfatı qeydə alınmayıb.

Bu barədə səhiyyə naziri Fahrettin Koca tvitter hesabında məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 22 nəfər xəsarət alıb.

Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Həmin şəxs hündürlükdən tullanıb.

08:30

***

Türkiyədə zəlzələ nəticəsində xəsarət alanların sayı 35-ə çatıb.

Bu barədə səhiyyə naziri Fahrettin Koca sosial media hesablarında paylaşım edib.

Xəsarət alanlardan birinin vəziyyəti ağır qimətləndirilir.

09:38

***

Türkiyənin Düzce rayonunda zəlzələ zamanı xəsarət alanların sayı 50-yə çatıb.

Bu barədə NTV  məlumat yayıb.

Etikxeber.az

Read Previous

18 küçə və prospektdə sıxlıq var-BAKIDA

Read Next

Hərbçi geyimi, medalları qanunsuz əldə edib-GÖRÜNTÜ YARADAN ŞƏXS SAXLANILDI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir