Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini, parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev ölkədə sosial islahlatların sürətləndirilməsi, Azərbaycanın sosial rifah ölkəsinə çevrilməsi ilə bağlı təkliflərini səsləndirib.
Etikxeber.az-ın xəbərinə görə, komitə sədrinin müavini ölkədə həyata keçirilən ünvanlı sosial yardımın təkmilləşdirilməsini, yaşayış minimumunun, ehtiyac meyarı həddinin “ehtiyac zəbili”nə uyğunlaşdırımasını təklif edib.
Eyni zamanda, təklif edib ki, ölkədə pensiyalar, əmək haqları, təqaüdlər, sosial müavinətlər yenidən qaldırılsın.
“Bununla yanaşı, təhsil kreditləri, tələbə qızların, xüsusilə, atasız qızların ödənişili təhsildən azad edilməsi məsələsi öz həllini tapmalıdır. Bir neçə gündən sonra parlamentin payız sessiyası, bir müddət sonra isə 2020-ci ilin büdcə müzakirələri başlayır.
Bu təklifləri orada da səsləndirəcəyəm. Hesab edirəm ki, bu məsələlər öz həllini tapacaq və Azərbaycan xalqı öz firavan həyatına qovuşmuş olacaq”-deyə, M. Quliyev sözlərinə əlavə edib.
Etikxeber.az