Millət vəkili Vahid Əhmədov “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna edilən dəyişikliyin əleyhinə çıxıb.
Etikxeber.az xəbər verir ki, V. Əhmədov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib ki, qanun layihəsində “dövlət nəzarəti orqanı” sözünün “orqanları” sözü ilə əvəz olunması düzgün deyil: “ Dövlət nəzarəti orqanı dedikdə başa düşürdük ki, söhbət hansı qurumdan gedir. Amma orqanlar deyəndə hüquq-mühafizə orqanları da nəzərdə tutula bilər. Bu da öz növbəsində sabah bu çaşqınlıq yaradar”.
Etikxeber.az