“Valyuta ehtiyatlarımız ilin sonuna dövlət borcunu 6 dəfədən çox üstələyəcək”-MİKAYIL CABBAROV

Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının dövlət borcunu 6 dəfədən çox üstələyəcəyi gözlənilir.

Etikxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu ilin sonuna valyuta ehtiyatları gözlənilən ÜDM-in 108%-ini təşkil edəcək.

Xatırladaq ki, 2021-ci il 1 iyul tarixinə Azərbaycan ümumi dövlət borcu 17,352 mlrd. manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. Xarici dövlət borcu isə 8,603 mlrd. ABŞ dolları (14,626 mlrd. manat) və ya ÜDM-in 18,2%-nə bərabər olub.

2021-ci ilin ilk doqquz ayı ərzində dövlət borcunun xidmət xərclərinə 1 513,5 mln. manat yönəlib.

Etikxeber.az

Read Previous

“Vətən yolunda qayınımı və tək oğlumu Şəhid vermişəm…İstəyirəm ki, övladım “Cəsur döyüşçü” medalı və ordenlərimizdən biri ilə təltif edilsin, Kənanımın adı, xatirəsi əbədiləşdirilsin…”-ŞƏHİD KƏNAN ƏLƏKBƏRLİNİN ANASI FƏXRİYYƏ ƏLƏKBƏROVADAN ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT

Read Next

“Dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir