“Xüsusi nümayəndə təyin edəcəyik, Ermənistanda səfirlik açmırıq”-ÇAVUŞOĞLU

Ermənistan xüsusi nümayəndəsini təyin edib, biz də yaxın günlərdə lazım olan rəsmi sənədləşmələrlə təyinatımızı aparacağıq. Bir daha bildirirəm ki, xüsusi nümayəndə təyin edəcəyik, səfirlik açmırıq.

Etikxeber.az-ın məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu fikirləri Türkiyə Böyük Millət Məclisində (TBMM) 2022-ci ilin plan və büdcə müzakirələri zamanı millət vəkillərinin sualların cavablandırarkən bildirib.

“Türkiyənin Ermənistanda səfirlik açacağı haqqında yanlış anlaşılma olub. Mən son çıxışımda belə bir fikir səsləndirmədim”-deyən M.Çavuşoğlu bildirib ki, Türkiyə ilə Ermənistan arasında birbaşa dialoq üçün hər iki ölkə xüsusi nümayəndə təyin etməlidir:

“Hətta Ermənistan xüsusi nümayəndəsini təyin edib, biz də yaxın günlərdə lazım olan rəsmi sənədləşmələrlə təyinatımızı aparacağıq. Bir daha bildirirəm ki, xüsusi nümayəndə təyin edəcəyik, səfirlik açmırıq.”.

Bu mövzuda Azərbaycanla sıx danışıqlar aparıldığını vurğulayan nazir bildirib ki, Ermənistan son yaşananlardan dərs alıb düzgün nəticə çıxararaq Qafqazda sülhün, rifahın bərqərar olmasını tərcih edərsə, Türkiyə ilə əlaqələrinin normallaşması mümkündür.

“Bu halda səfirlik də açılar. Amma bu məsələdə də yenə Azərbaycanla məsləhətləşmələr aparılıb, sonra qərar veriləcək”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

İlham Əliyev-BRÜSSELDƏ – FOTOLAR

Read Next

“Səfər Mehdiyev mənə telefon açaraq təəssüf hissi ilə bildirdi ki, müsahibədə onun fikri tam ifadə olunmayıb…O, deputatları deyil, bəzi məmurları nəzərdə tutub”-SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir