Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əli ƏHMƏDOV: “Azərbaycanda hər hansı müxalifət partiyası tərəfindən aksiyaların keçirilməsi nə YAP, nə də ölkə iqtidarı üçün narahatlıq və nigaranlıq mənbəyidir…”
Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında-İcra Katibliyində növbəti tədbir öz işinə başlayıb.
Etikxeber.az-ın xəbərinə görə, tədbir YAP-ın İcra katibi və sədr müavini, vitse-pemyer Əli Əhmədovun rəhbərliyi ilə keçirilir.
Tədbirdə İcra katibinin müavinləri, Mərkəzi Aparatın əməkdaşları, partiyanın parlamentdəki təmsilçiləri və digərləri iştirak edirlər.
Tədbirdə Milli Şuranın 19 okryabrda keçirməyə cəhd göstərdiyi razılaşdırılmamış aksiya ilə bağlı məsələnin daha çox müzakirə olunacağı gözlənilir.
***
Tədbirdə çıxışlara başlanılıb.
Çıxışçılar 19 oktyabrda yaşananları, Milli Şuranın addımlarını pisləyiblər.
***
“Bəzi müxalifət qüvvələrin qanunsuz mitinqə cəhd etmələri ilə bağlı fikir mübadiləsi aparmağa ehtiyac var”.
Bunu isə çıxışı zamanı YAP sədrinin müavini-icra katibi Ə. Əhmədov deyib.
YAP rəsmisi bildirib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi hakim partiya da ölkədə sabitliyin və əmin-amanlığın pozulmasına yönəldilmiş qanunsuz aksiyaların keçirilməsinə sərt və ədalətli münasibətini ifadə etməlidir.
“Azərbaycanda hər hansı müxalifət partiyası tərəfindən aksiyaların keçirilməsi nə YAP, nə də ölkə iqtidarı üçün narahatlıq və nigaranlıq mənbəyidir və ola bilməz. Amma narahatlıq yaradan bəzi məqamlar var ki, cəmiyyətə bu barədə fikirlərini çatdırılmasına ehtiyac var. Qanunsuz aksiyanın ölkə başçısının oktyabr ayının əvvəlində bir neçə səfərində və 9 aylıq iqtisadi inkişafla bağlı keçirilən müşavirədə səsləndirdiyi fikirlərdən bir neçə gün sonra təşkil edilməsi heç də təsadüfi deyil. Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıb”.
İcra katibinin dediyinə görə, mitinqin keçirilməsi cəhdi bir daha onu göstərir ki, ölkədə daxili sabitliyi pozmağa yönəlik müxalif partiyalar mövcuddur:
“Bu, AXCP və Milli Şura deyilən və amalı olmayan təşkilatdır. Hakim partiya olaraq, hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyilik. Amma nəyin bahasına olursa, hakimiyyətə gəlmək ölkəni xaos və anarxiyaya sürükləyir. Bu, dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz”.
Etikxeber.az