“YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə namizədliyim irəli sürülməyəcək”-NAQİF HƏMZƏYEV

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə, şəhər və rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bildirib.

Qeyd edib ki, həmçinin YAP-ın sonuncu qurultayda ölkə Prezidenti İlham Əliyev tərəfindən ona yenidən böyük etimad göstərilərək hakim partiyanın Nəzarət-Təftiş Komissiyasının üzvü seçilməyi səbəbindən Gəncə şəhər təşkilatının sədri vəzifəsinə namizədliyi irəli sürülməyəcək.

“Yolumuza Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Yeni Azərbaycan Partiyası Nəzarət-Təftiş Komissiyasının üzvü olaraq davam edəcəyik. Hər kəsə uğurlar!”-deyə, o, sonra bildirib.

Etikxeber.az

Read Previous

Şəhidimizin-Cəmil Məmmədlinin ili yaxlnlaşır: DİPLOMU AİLƏSİNƏ TƏQDİM EDİLƏCƏKMİ, OXUDUĞU MƏKTƏBƏ ADI VERİLƏCƏKMİ?

Read Next

Şəhidlərimizin ilinə bir ay qaldı: AİLƏNİN TƏK OĞULLARI OLAN FƏXRİ QƏRİBZADƏ VƏ NOFƏL NURİYEVİN ŞƏHİDLİYİNDƏN, TORPAĞA TAPŞIRILMASINDAN 11 AY ÖTÜR…- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir