Yola saldığımız ildə Azərbaycan idmançıları 837 medal qazanıb- NAZİR

Yola saldığımız ildə Azərbaycan idmançıları irimiqyaslı beynəlxalq turnirlərdə 837 medal qazanıblar. Bu medallarda 297-si qızıl, 250-si gümüş, 290-nı isə bürüncdür.

Etikxeber.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov 2016-ci ilin idman yekunları ilə əlaqədar dekabrın 27-də keçirilən mətbuat konfransında deyib.

A. Rəhimov qeyd edib ki, 2016-cı ildə respublikamızda fəaliyyət göstərən federasiyalarla birlikdə Azərbaycanda 200-dən çox yarış təşkil olunub. Cari ildə Azərbaycan 52 beynəlxalq turnirə yüksək səviyyədə ev sahibliyi edib.

Nazir deyib ki, müxtəlif idman növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq, 100-dən çox təlim-məşq toplanışında iştirak ediblər.

Etikxeber.az

Read Previous

İlin ən yaxşı məşqçisi müəyyənləşdi

Read Next

749 dini icma qeydiyyata alınıb – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir