Əliyev Nazarbayevi “Heydər Əliyev” ordeni ilə təltif etdi – FOTOLAR – YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstanla Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.

***

nazarb-ilya-5

***

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif olunması barədə Sərəncam imzaladığını bildirdi.

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Prezident Nursultan Nazarbayevə təqdim etdi.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycanın ən ali mükafatı ilə təltif olunduğuna görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

nazarb-1

Etikxeber.az

Read Previous

Aprel döyüşləri şəhidinin xatirə lövhəsi açıldı – FOTO

Read Next

Aprel zəfəri Azərbaycan Ordusunun tarixi qələbəsidir – ƏLİ HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir