3 qardaşdan biri…İki övlad atası…Gizir, “Qarabağ” ordenli, nəşi 13 gündən sonra əldə edilən Şəhid-ASƏF ƏSGƏROVUN İLİNƏ CƏMİ BİR AY QALDI… – FOTOLAR

Bu gün Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan “Qarabağ” ordenli Asəf Əsgərovun torpağa tapşırılmasından 11 ay keçir.

Etikxeber.az xəbər verir ki, Asəf Əsgərov 1990-ci ilin fevralın 19-da Bərdənin Boyəhmədli kəndində anadan olub.

Orta məktəbi bitirdikdən, əsgərliyə getdikdən sonra həyatını Ordu ilə bağlayıb.

Əsgərliyi də daxil olmaqla, 13 ilin peşəkar hərbçisi-əvvəlcə MAXE, sonra isə Gizir, tank komandiri olub.

Həm Aprel, həm İyul döyüşlərində iştirak edən Asəf ilk gündən İkinci Vətən Müharibəsinin də savaşçılarından olub.

 Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…Və Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərin birində, sentyabrın 29-da qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına ucalıb.

Neytral zonada qaldığı üçün bir neçə gün nəşini əldə etmək mümkün olmayıb. 

Yalınız oktyabrın 12-də nəşini götürmək mümkün olub və Şəhidimiz elə həmin doğulub boya-başa çatdığı Boyəhmədlidə də dəfn edilib.

Şəhidimiz ailədə 3 qardaş olublar, özünün isə iki övladı-hazırda 6 yaşı olan Emili və bir yaşı yenicə tamam olmuş Kənanı Vətənə əmanət qalıb.

Atalarının torpağı sanı yaşasınlar, Şəhidimizin ruhu daim köməkləri olsun!

Allah Şəhidimizin məkanını cənnətlik, ruhunu şad etsin!

Nurlar içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Əmrikaya ölüm!” arzulayan İran və “İranı məhv etməklə hədələyən” ABŞ-ı faşizmdən daha amansız bir bəla, erməni separatizminə rəğbət duyğusu müttəfiqə çevirməkdədir”-MİLLƏT VƏKİLİNDƏN İRAN VƏ ABŞ-A ETİRAZ

Read Next

Evin-ailənin tək, subay, ali təhsilli oğlu-NİCAT ŞÜKÜRLÜNÜN ŞƏHİDLİYİNDƏN, TORPAĞA TAPŞIRILMASINDAN 11 AY ÖTÜR…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir