Ailənin tək və subay oğlu, 21 yaşı tamam olan Fərid Əliyevin cənnətdəki ikinci ad günü: ŞƏHİDİN VALİDEYNLƏRİNİN ARZUSU REALLAŞACAQMI? – FOTOLAR – YENİLƏNİB

Bu gün daha bir Şəhidimizin, İsmayıllının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fərid Əliyevin doğum günüdür.

Fərid Əliyevin bu gün 21 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Fərid Əliyev  22 mart 2001-ci il tarixində İsmayıllının Kürdmaşı kəndində anadan olub…

Ailənin iki övladından biri, həm də evin tək oğlu olub…

Fərid 2007-ci ildə C.Həsənov adına Kürdmaşı kənd tam orta məktəbinə daxil olub…

2018-ci ildə həmin məktəbi bitirib və sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə verib…

Qabiliyyətdən keçsə də, imtahandan yüksək bal toplaya bilmədiyi üçün həmin Ali Məktəbə daxil ola, peşəkar, ali təhsilli hərbçi olmaq arzusuna çata bilməyib…

Fərid elə həmin il İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin “Turizm və onun təşkili” ixtisasına daxil olub…

Amma 2019-cu ildə təhsilinə fasilə verərək, hərbi xidmətə, Vətənə xidmət borcunu yerinə yetirməyə yollanıb…

O, İkinci Vətən Müharibəsinin ilk günündə döyüşlərə atılıb və elə sentyabrın 27-də, cəmi 19 yaşında Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Nəşi bir gün sonra doğulub boya-başa çatdığı Kürdmaşı qəbiristanlığında torpağa tapşırılıb…

Ölümündən sonra iki medalla – “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Fərid həm də subay olub…

Ailəsi-valideynləri də qonşu Talış kəndində yerləşən orta məktəbə övladlarının-Fərdi Əliyevin adını verilməsini istəyir və ümid edirlər ki, yaxın zamanlarda onların arzusu çin olacaq, reallaşacaq.

Bununla az da olsa, Şəhidin ruhu sevindirilmiş, onlara isə mənəvi təsəlli, təskinlik verilmiş olacaq.

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunacaq.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar oxunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, Şəhid ailələri, məktəblilər və başqaları iştirak edəcəklər.

Ziyarətdən sonra isə Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim keçiriləcək, adına ehsan veriləcək, bir daha ruhuna dualar ediləcək.

Mövludu, Cənnətdəki ikinci ad günü mübarək olsun!

Nur içində yatsın!

08:26

***

Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı həm məzarı, həm də ailəsi,ev-muzeyi ziyarət olunub.

Ziyarət zamanı Şəhidin ruhuna dualar edilib, ailəsinə bir daha başsağlığı verilib, bir daha onlara Allahdan səbr arzulanıb.

Eyni zamanda, Şəhidin Cənnətdəki ikinci ad günü təbrik edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İki qız atası, iki medallı Şəhid Emin Ağazadənin-BU GÜN 31 YAŞI TAMAM OLDU…-FOTOLAR

Read Next

Ailənin tək oğlu Murad Qurbanov və evin üç övladından biri Cavidan İbrahimlinin Cənnətdəki ikinci ad günü: MURAD QURBANOVUN 26, CAVİDAN İBRAHİMLİNİN 22 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir