“Artıq 800-dən çox qazimizin əlillik şəhadətnaməsi müəyyənləşdirilib…”-PARLAMENTİN KOMİTƏ SƏDRİ

Azərbaycanda olduğu kimi Ukrayna, Moldova, Rumıniya və başqa ölkələrdə də əlillərin sayı ümumi əhalinin 5-6 %-ni təşkil edir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikləri təqdim edərkən deyib.

Komitə sədri bildirib ki, Avropa ölkələrində bu faiz yüksəkdir.

“Bu da Azərbaycanda əhalinin gənc olmasıyla bağlıdır. Bununla bağlı deputatlar ötən iclasda fikirlər səsləndirmişdilər. Digər tərəfdən dünya praktikasında da var ki, orqanizmin funksiyalarının 30 %-ə qədər hissəsinin itirilməsinə görə əlillik təyin olunmur. Şəxsin bir və ya iki barmağını itirməsinin onun birbaşa əmək fəaliyyətinə təsiri yoxdur. Astma xəstəsi olan insanların bu xəstəliyi onun fəaliyyətinə əngəl törətmir. Burada fikirlər səsləndirildi ki, yeni meyarlar qənaət rejiminə keçilməsi ilə əlaqədardır. Bu, qətiyyən belə deyil. Bu qanun qəbul olunandan sonra Nazirlər Kabineti 800-dən artıq meyarı təsdiq edəcək. Bu meyarlar cəmiyyətə açıq olacaq”-deyən M.Quliyev dəyişikliklərin məqsədinin büdcə vəsaitlərinə qənaət etmək olmadığını da bildirib.

“Son 6 ildə sosial xərclər artırılır. Müavinət, təqaüd, ünvanlı sosial yardımlar üzrə büdcədən illik xərclər 97 % artırılaraq, 1,2 milyard manata çatdırılıb. Yəni fikrin hər hansı əsası yoxdur. Ekspertizaların səyyar və elektron keçirilməsi ilə bağlı fikirlər səsləndirildi. Bu da müzakirə olunur. Burada 44 günlük Vətən Müharibəsi qazilərinin əlillik təyinatının gecikdirilməsi məsələsi gündəmə gəldi. Bunun da obyektiv səbəbləri var. Bəzi qazilərimizin hələ müalicəsi yekunlaşmayıb. Buna görə də onlara əlillik dərəcəsi təyin edilə bilmir. Məlumat üçün bildirirəm ki, artıq 800-dən çox qazimizin əlillik şəhadətnaməsi müəyyənləşdirilib. Bu proses davam edəcək”-deyə, M. Quliyev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Rusiya mediasında Azərbaycana qarşı düşmənçilik dalğası baş qaldırıb ki…”-PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ – YENİLƏNİB

Read Next

“Əlillər arasında fərq qoyulmamalıdır…”-SİYAVUŞ NOVRUZOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir