Biz bunun içərisindəyik, əksini söyləyənlər də bunu görürlər – BAHAR MURADOVA

 

 Bahar Muradova: Məqsəd başqadır, gündəmi dəyişməkdir

Ötən ilin sonundan – bu ilin əvvəlindən Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesində müəyyən hərəkətlənmə müşahidə olunmaqdadır. Həm beynəlxalq təşkilatların vasitəçilərinin, həm ayrı-ayrı ölkələrin, həm də Ermənistan və Azərbaycan prezidentlərinin bəyanatlarında əksini tapan məqamlar müəyyən qədər ümidlənməyə imkan verir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) fevralın 12-də keçirilən plenar iclasında parlament sədrinin müavini Bahar Muradova deyib.

“Ortaya çıxan bu meyillər bir daha düşünməyə vadar edir. Biz həll etmək iqtidarımızı və qüdrətimizi nə qədər artırırıqsa, bunun qarşısını almaq istəyən dairələr o qədər səylərini və cəhdlərini artırırlar”-deyən, B.Muradova bildirib ki, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olması heç vaxt şübhə doğurmayıb.

“Bu, ardıcıl və məqsədyönlü bir siyasətdir. Biz bunun içərisindəyik, əksini söyləyənlər də bunu görürlər. Amma təbii ki, məqsəd başqadır, gündəmi dəyişməkdir. Əsas məqsəd qarşımızda dayanan vacib niyyətdən və məqsəddən yayındırmaqdır. Biz bunları nəzərə alaraq diqqətimizi əsas məqsədimizə yönəltməliyik”-deyə, vitse-spiker əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Qənirə Paşayeva bələdiyyələrə sosial şəbəkələrlə bağlı çağırış etdi… – YENİLƏNİB – (1)

Read Next

Parlament Xəzərlə bağlı sənədləri ratifikasiya etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir