“Bu, mühüm siqnal olardı…”-ZELENSKİ YENİDƏN BAYDENİ KİYEVƏ DƏVƏT ETDİ

“ABŞ Prezidenti Co Bayden Kiyevə səfər etməlidir”.

Etikxeber.az məlumat verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Fox News” telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, bu, çox vacibdir. Düşünürəm ki, bu, mühüm siqnal olardı”– deyən Zelenski bildirib ki, Bayden Ukraynada ən böyük demokratik sivilizasiyanın lideri kimi qəbul edilir.

Bundan əvvəl Dövlət Departamenti və Pentaqon Zelenskinin departament rəhbərlərinin Ukraynaya səfəri ilə bağlı sözlərini şərh etməkdən imtina ediblər.

ABŞ prezidenti Co Baydenin özü isə dəfələrlə bəyan edib ki, Ukrayna paytaxtına səfər edib-etməyəcəyini bilmir.

Etikxeber.az

Read Previous

Xalqdan biri, Xalqı ilə bir olan Sirus Təbrizli-9 MAYDA ONUN ONSUZ 80 YAŞI TAMAM OLUR – KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

İsmayıllının İkinci Vətən Müharibəsi Şəhidləri: AQİL MİRZƏLİYEV VƏ FƏRİD ƏLİYEV…AİLƏLƏRİNƏ BAŞ ÇƏKDİM, OCAQLARINI, MƏZARLARINI ZİYARƏT ETDİM…- FOTO-VİDEO – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir